Рейтинг@Mail.ru

Oxunub : 1302 | Tarix : 10-05-2016, 02:15 | Bölmə: bolge, secilmis, redaktor

Beyləqan Təhsil Şöbəsinin müdiri GÖRƏVDƏN alındı - yeni rəhbər kimdir?Tofiq Sadıqov işdə yol verdiyi ciddi nöqsanlara və icra başçısını vurduğuna görə, vəzifəsindən azad edildiyi deyilir

Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Saqıdov işdən çıxarılıb. Bu barədə azerinews.tv-a Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, Tofiq Sadıqovun işdən çıxarılmasına səbəb Təhsil Şöbəsində Maliyyə Nazirliyinin apardığı yoxlamanın nəticələri, təhsil vəziyyətinin ağır olması, habelə bir sıra ciddi nöqsanlar olub. Həmin nöqsanlar içində şöbə müdirinin tədbirdə Beyləqanın icra başçısı Vaqif Abdullayevə əl qaldırması halı da var.

Məlumatda deyilir ki, Tofiq Sadıqovun yerinə təyinat da olub. Lakin nazirliyin nümayəndəsi bununla bağlı açıqlama vermək istəməyib. O bildirib ki, qarşıdakı iş günlərində həmin şəxsin adı açıqlanacaq.

azerinews.tv xəbər verir ki, sözügedən şəxsin işdən çıxarılacağı hələ xeyli əvvəldən məlum idi. Buna səbəb Beyləqan təhsilinin bazara döndərilməsi, tədrisin bərbad vəziyyətdə olması, habelə rüşvət və korrupsiya hallarının ən yüksək həddə çatmasıydı. Belə ki, Tofiq Sadıqov artıq Beyləqandakı orta məktəblərə gəlir mənbəyi kimi baxır, özünün maddi imkanlarını artırmaq üçün məktəb direktorlarından aylıq haqqı alırdı. Hətta bu yaxınlarda böyük qalmaqala səbəb olmuş tualet məsələsindən də şöbə müdirinin qazanclı çıxdığı vurğulanır. İddia edilir ki, Yaponiya səfirliyinin dəstəyi ilə inşa edildiyi deyilən sanitar-gigeyenik qovşağın adı altında Sadıqov bütün məktəblərdən pul yığıb. Belə ki, ibtidai siniflərin şagirdlərindən 5 manat, böyük siniflərdə oxuyanlardan isə tualet tikintisi üçün 10 manatdan pul alınıb.

azerinews.tv-a verilən son məlumatlarda, Beyləqan təhsilində yaşanan korrupsiya halları ilə əlaqədar Təhsil Nazirliyi Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediləcəyidə bildirilir.
loading...
Oxşar xəbərlər