Рейтинг@Mail.ru
Tarix : 11-07-2017, 16:53 | Bölmə: bolge

Neftçalanın icra başçısı məhkəmənin qərarını saymır

"Xəyal-HR” MMC-nin hüquqları bərpa olunsa da, Neftçalanın icra başçısı İsmayıl Vəliyev məhkəmənin qərarını icra etmək istəmir. Redaksiyamıza "Xəyal-HR” MMC-nin rəhbərliyi tərəfindən müraciət təqdim olunub. Belə ki, onlarla insanın çalışdığı bu fermer təsərrüfatı icra başçısının bir sözü ilə yerlə yeksan olunub.

Azerinews.org-a edilən müraciətdə bildirilir ki, icra başçısı ölkə rəhbərinin Sabirabad rayonunda keçirdiyi müşavirədə söylədiyi fikirləri və tapşırıqları, Neftçala İcra Hakimiyyəti tərəfindən tam tərsinə anlaşılıb. İcra başçısı digər kənd təsərrüfatı sahələri ilə məşğul olan fermerləri də "hamı pambıq əkəcək" məcburiyyəti ilə üz-üz qoyur. Pambıqçılıqla bağlı heç bir təcrübəsi olmayan fermerlərin buna məcbur edilməsinin hansı qaranlıq məqamları var? İsmayıl Vəliyev on minlərlə hektar qışlaq sahələrinin təyinatı dəyişməklə ölkənin ət və süd təminatına ciddi zərər vurur. Bunu Neftçala rayonunda sahibkarlıqla məşgul olan insanlarda təstiq edirlər. Sahibkarlar bildirirlər ki, bizi məcbur edirlər burada pambıq əkək. Axı bizim bundan başımız çıxmır. Ömrü boyu maldarlıqla məşğul olmuşuq. Üstəlik bu şor torpaqdır. Burada pambıq əkmək üçün gərək xüsusi təmizlənmə işləri aparılsın. “Pambıq əkmək elə də asan şey deyil"- deyə sakinlər bildirir.

2013-cü ildə heyvandarlıq ferması yaratmaq məqsədi ilə Neftçala rayonunda Dövlət Torpaq Fonduna aid olan qış otlaq sahələrindən 500 hektar torpaq sahəsini 15 illik icarəyə götürən "Xəyal-HR” MMC-nin torpaqlarını icra başçısı İsmayıl Vəliyev "pambıq əkmək adı altında ayrı-ayrı adamlara satıb. Həmin ərazidə "Xəyal-HR”MMC-yə məxsus olan fermer təsərrüfatı fəaliyyət göstərib. Bu fermer təsərrüfatı icra başçısının bir sözü ilə yerlə yeksan olunub.

"Xəyal-HR” MMC-nin rəhbəri deyir ki, İsmayıl Vəliyev özünün vəzifə səlahiyətlərindən istifadə edərək onun bütün malını-mülkünü başına uçurub. Məlumatlarda oda bildirilir ki, Vəliyev orada pambıq əvəzinə kartof əkdirib. Bu onu gösdərir ki, İcra başçısı nə məhkəmə qərarını sayır, nədə prezident İlham Əliyevin tapşırıqlarını.

Məsələ ilə baglı bir neçə informasiya agentliklərində məlumat trajlanıb ki, güya başçının bu qanunsuz əməllərində, rayon polis idarəsinin rəisi Vüsal Şəbəndiyev dəstək verir. Əməkdaşımız tərəfindən dərhal araşdırma apardıq və məlum oldu ki, polis idarəsinin məsələyə heç bir adiyyəti yoxdur. Araşdırmamız davam edir.
Qarşı tərəfidə dinləməyə hazırıq
Azerinews.org
Oxşar xəbərlər