Рейтинг@Mail.ru
Tarix : 3-10-2017, 22:44 | Bölmə: bolge

Şamaxıda çətin vəziyyətə düşən turistlər xilas ediliblər – YENİLƏNİB

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış 2 nəfər xarici vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən aşkar olunub.

FHN-dən verilən məlumata görə, hər iki şəxs Rusiya Federasiyasının vətəndaşıdır.

Turistlərin olduğu “Nissan” markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilir.

Əlavə məlumat veriləcək.

16:56

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri Fövqəladə Hallar Nazirliyinin helikopteri tərəfindən müəyyənləşdirilib.

Azerinews.tv nazirliyin saytına istinadən verdiyi xəbərə görə, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyyə olunmaqdan imtina ediblər. Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq kömək göstərmək üçün həmin yerə doğru hərəkət edirlər.
Oxşar xəbərlər