Рейтинг@Mail.ru
Tarix : 5-10-2017, 10:18 | Bölmə: bolge

Lənkəran-Lerik yolunda hərəkət qismən bərpa edildi – YENİLƏNİB

Sürüşmə nəticəsində bağlanan Lənkəran-Lerik yolunda avtomobillərin hərəkəti qismət bərpa edilib.

Azerinews.tv xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, yolun bağlanmasına səbəb olan torpaq qatının bir hissəsinin təmizlənməsindən sonra avtomobillər yolda hərəkət etməyə başlayıb.

08:40

Sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanıb.

Azerinews.tv APA-nın cənub bürosuna istinadən verdiyi məlumata görə, torpaq qatının tökülməsi yolun tamamilə bağlanmasına səbəb olub.

Hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb. Hazırda yolun 17 km-dən 52-ci kilometrinədək olan hissəsində ciddi problem yaranıb.

Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədilə Yol-İstismar İdarəsinin ağır texnika və işçi heyəti cəlb edilib. Hazırda yola dağılan iri ağaclar hissələrə bölünərək yığışdırılır, torpaq qatı təmizlənir.
Oxşar xəbərlər