Рейтинг@Mail.ru
Tarix : 8-10-2017, 11:35 | Bölmə: bolge

Xızıda 207 ədəd partlamamış hərbi sursat tapıldı

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilib.

ANAMA-dan verilən məlumata görə, oktyabrın 7-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 207 ədəd partlamamış hərbi sursat (PHS), 56 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 601 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 879 100 kv.m (87.91 ha) ərazi yoxlanılıb.
Xızıda 207 ədəd partlamamış hərbi sursat tapıldı
Xızıda 207 ədəd partlamamış hərbi sursat tapıldı
Xızıda 207 ədəd partlamamış hərbi sursat tapıldı
Xızıda 207 ədəd partlamamış hərbi sursat tapıldı
Oxşar xəbərlər