Şuşa RİH başçısına məxsus restoranın icarəçisi fəhlələrin pulunu ödəməkdən imtina edir...Şuşa RİH başçısına məxsus restoranın icarəçisi fəhlələrin pulunu ödəməkdən imtina edir...Xalqını ucaldan dəyərli şəxsiyyət Heydər Əliyevin vəfatından 14 il ötürXalqını ucaldan dəyərli şəxsiyyət Heydər Əliyevin vəfatından 14 il ötürBərdə icra hakimiyyətinin şöbə müdiri içkili halda qəza törətdi – ölən və ağır yaralılar varBərdə icra hakimiyyətinin şöbə müdiri içkili halda qəza törətdi – ölən və ağır yaralılar varVilyam Hacıyev dövlət əmlakını mənimsəyən şəxs üçün pul yığılması tapşırığını verdi - ARAŞDIRMAVilyam Hacıyev dövlət əmlakını mənimsəyən şəxs üçün pul yığılması tapşırığını verdi - ARAŞDIRMA8-ci km-nin bazarı vəhhabilərin əlinə keçdi? - Bazara rəhbərlik edən 8-ci km-nin bazarı vəhhabilərin əlinə keçdi? - Bazara rəhbərlik edən "triada" kimə işləyirBroker Əbülfəzin ermənistanda silah, narkotka və digər qazanc gətirən biznesiBroker Əbülfəzin ermənistanda silah, narkotka və digər qazanc gətirən biznesiBöhran yaşayan “PalSüd” zavodu “paraşok”dan istifadəyə keçdiBöhran yaşayan “PalSüd” zavodu “paraşok”dan istifadəyə keçdiAğdamın Soltanbud meşə ərazisi qanunsuz məhv edilir – VİDEOAğdamın Soltanbud meşə ərazisi qanunsuz məhv edilir – VİDEOTƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)BROKER Əbülfəz və Anar Allahverdiyev Azərbaycanı satdı – Avropada gizli görşlər + VİDEOBROKER Əbülfəz və Anar Allahverdiyev Azərbaycanı satdı – Avropada gizli görşlər + VİDEOBaş Dövlət Yol Polis İdarəsinin 403-cü pul dağarcığı, Vahid Nuriyevi müxalifətçiyə bağlayan GİZLİ NÜANS - İDDİABaş Dövlət Yol Polis İdarəsinin 403-cü pul dağarcığı, Vahid Nuriyevi müxalifətçiyə bağlayan GİZLİ NÜANS - İDDİA"Kristal Abşeron"un bəlaya saldığı minlərlə sakini aldatdı - deputat Ağalar Vəliyevdən müdhiş korrupsiyaZarrabın etiraflarında Azərbaycan nüansı: Azərbaycanın da maliyyə qurumları da bu işə bulaşıb - FOTOFAKTZarrabın etiraflarında Azərbaycan nüansı: Azərbaycanın da maliyyə qurumları da bu işə bulaşıb - FOTOFAKTRüşvətlə bağlanan müqavilələr, yeyinti və sui-istifadə halları Salyan Təhsilində kök salıb - İDDİARüşvətlə bağlanan müqavilələr, yeyinti və sui-istifadə halları Salyan Təhsilində kök salıb - İDDİA"Öz dostunu tələbə qızıla şantaj etdi" - ATU rektoru haqqında ŞOK iddia
Рейтинг@Mail.ru
Tarix : 21-11-2017, 11:55 | Bölmə: bolge

Ağdamda yeniyetmə intiharları-valideynlər diqqətli olmalıdırSon vaxtlar yeniyetmələr və gənclər arasında intihar halları artıb. Onlar ya ailə münaqişəsinə, ya sevdiyi şəxsə, ya da məlum olmayan səbəbə görə canlarına qıyırlar. Son ay ərzində təkcə Ağdamda 3 belə hadisə olub.
24 Oktyabr 2017-il tarixdə Çullu kəndində 2001-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Mənsur Quluzadə həyətlərində özünü asaraq öldürüb.
20 Noyabr 2017-ci il tarixdə Çəmənli kənd sakini, 2001-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib.
İlkin məlumata görə, o, ali məktəbə qəbul olmaq üçün rayonda fəaliyyət göstərən hazırlıq kurslarından birinə gedirmiş. Q.Rzayev kurs imtahanında aşağı bal topladığı üçün intihar edib.

Həmçinin İlkin Məmmədov adlı yeniyetməınin də intihar xəbəri yayıldı.

Obyektiv.info xəbər verir ki, faktlarla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.Ancaq görünən odur ki, uşaq və yeniyetmələrin intihar etmə halları artsa da, bu cəmiyyətdə ya narahatlıq doğurmur, ya da az sayda insanı narahat edir. Ciddi problem olmasına baxmayaraq, hələ də cəmiyyətdə intiharların qarşısını almaq üçün addımlar atılmır. Bəs, intihar hallarının artmasının səbəbi nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Psixoloq Elnur Rüstəmovla valideynləri diqqətli olmağa çağırıb: “Hər insanın içərisində müəyyən zamanlarda boşluq olur. İnsan o boşluqları müxtəlif şeylərlə doldurmağa çalışır. Kimisi kitab oxuyur, kimisi ibadət edir, kimisi zərərli vərdişlərə aludə olur, kimisi də sevməklə bu boşluğu doldurur. Nəzərə almaq lazımdır ki, yeniyetməlik ailədən kənar sevgilərin formalaşdığı dövrdür. Onların sevgi ilə bağlı müxtəlif xəyalları, gələcəklə bağlı planları olur. Yeniyetmələr sevgi prosesini çətin keçirirlər. Ailə daxilində münasibətlər nə qədər sağlam olarsa, yeniyetmə ailəyə bağlanar və onlar kənar şəxslərə qarşı ifrat dərəcədə sevgi hissi bəsləməz. O, sevgisini ailəsi ilə kompensasiya edər, onlarla rahatlıq tapar. Münasibətləri soyuq olan ailənin övladı isə sevgisini kənar şəxslərlə bölüşür. Hislərinə qarşılıq görməyəndə isə intihar kimi hadisələrə üz tutur. Yeniyetmələrin valideynləri diqqətli olmalıdır. Onlar yeniyetməyə şəxsiyyət kimi yanaşmalıdır. Əgər uşaq dərsdən uzaqlaşır, özünə qapılıb, ətrafla ünsiyyət qurmur, bütün günü musiqiyə qulaq asırsa, bu, artıq problemin göstəricisidir, bir siqnaldır. Valideyn uşağı ilə ünsiyyət qurmağa çalışmalıdır. Ünsiyyət qura bilməyəndə mütəxəssisə müraciət etməli və ilkin rəy almalıdır. Bəzən uşaqlar ailəyə demədiyini yada deyir, valideynin sözünə qulaq asmır, amma qonşunun sözü ilə oturub-durur. Bu prosesdə mütəxəssis yeniyetmənin özünə qayıtması, yenidən həyata bağlanması üçün çox yaxşı yol göstərə bilər. Biz artıq fərqli cəmiyyətdə yaşayırıq. Bu gün valideyn övladını öz yeniyetməlik dövrü ilə müqayisə etməməlidir. İndi cəmiyyət fərqlidir, 10-15 il öncəki dövr deyil. İnformasiya əsridir, elm, texnologiya inkişaf edib. Əvvəllər bizim milli düşüncəmizə təsir edən amillər yox idi, indi qloballaşan dünyada yaşayırıq. Çox zaman yeniyetmələr və gənclər serialda gördüklərini həyata keçirmək istəyirlər, onlar kimi olmağı və yaşamağı arzulayırlar. Valideynlər bütün bunları nəzərə almalı, onlarla ünsiyyətdə ehtiyatlı olmalıdır”. E.Rüstəmov bildirib ki, valideynlər onları intihar edəcəyi ilə qorxudan övladlarına ciddi yanaşmalıdırlar: “Bəzən yeniyetmələr diqqət çəkmək üçün ailəsini intihar edəcəyi ilə qorxudur. Valideyn bunu şantaj kimi deyil, ciddi qəbul etməlidir, övladına biganə yanaşmamılıdır. Valideyn uşağın şantaja əl atdığını və beyninin bir kənarında intihar etmə istəyinin olduğunu gördükdə, tədbir görməli, dərhal həkimə müraciət etməlidir. Yeniyetmə intihar havasına girdikdə bəzən düşünmədən canına qıyır. Valideynlər diqqətli olmalıdırlar. Yeniyetmələr də bilmədir ki, onların intiharı valideynə ömürlük travmadır. Onların bir anlıq əsəblə, gərginliklə intihar etməsi ailələrinə ömürboyu dərd verir”.

Elnur Rəhimoğlu
Oxşar xəbərlər