Рейтинг@Mail.ru

Oxunub : 314 | Tarix : 16-06-2016, 12:21 | Bölmə: bolge

Tərtərdə silah partladı: uşaq yandı - VİDEOTərtərdə hərbi sursat partlayıb, nəticədə 8 yaşlı uşaq xəsarət alıb.

ANS-in verdiyi məlumata görə, Tərtər rayonun Əskipara kəndinin azyaşlı sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

Kənddə müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün, 8 yaşlı Elvin Hüseynlinin həyətdə təmizlik işləri apararkən əlindəki kibritlə çöldə toplanmış tullantılara od vurması partlayışa səbəb olub.

Nəticədə azyaşlı müxtəlif dərəcəli bədən yanıq xəsarətləri alıb. Dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılan uşaq ambulator müayinədən sonra evə buraxılıb.

Hazırda azyaşlının vəziyyəti orta ağırdır. Azyaşlının agır yaralanmasına səbəb olan hərbi sursatın adı hələlik məlum deyil. Hadisənin təfərrüatları araşdırılır.
Oxşar xəbərlər