Рейтинг@Mail.ru

Oxunub : 478 | Tarix : 17-06-2016, 14:54 | Bölmə: bolge, secilmis

Cəlilabad rayonunun Əliabad kəndinə ilk dəfə təbii qaz verildi - FOTO


Bu gün Cəlilabad rayonunun Əliabad kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,İcra Hakimiyyətinin məsul işçiləri, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran regional qaz istismarı idarəsinin nümayəndələri iştirak ediblər.Əliabad kəndində keçirilən açılış mərasimlərində çıxış edən Cəlilabad RİH başçısı Əziz Əzizov əhalini təbrik edərək bildirib ki, ölkə prezidenti daim xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.Dövlət proqramına əsasən son illər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Cəlilabadda da geniş quruculuq-abadlıq işləri həyata keçirilir.Cənab Prezidentin qayğı və diqqəti ilə İyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən 20 km-lik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunda asfatlaşdırma işləri sürətlə davam edir,Cəlilabad şəhərinə içməli su xətti çəkilir, kanalizasiya şəbəkəsi qurulur, yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilir, kəndlərimizin qazlaşdırılması istiqamətində xüsusi iş aparılır. Tədbirdə çıxış edən Cəlilabad RİH başçısının Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlizamin Əzizov . bugünkü əlamətdar hadisə münasibətilə bütün kənd sakinlərini təbrik etdi,“mavi alov”un hər bir ailəyə hərarət, bərəkət və xoşbəxtlik gətirməsini arzuladı.Çıxış edən kənd sakinləri əlamətdar hadisə ilə əlaqədar sevinc hisslərini bölüşüblər. Onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürlərini bildiriblər. Bildirilib ki, əhalinin mavi yanacaqla təminatı üçün müasir standartlara uyğun infrastruktur qurulub. Dövlət başçısının tapşırıqlarına əsasən bu istiqamətdə davamlı olaraq mühüm tədbirlər həyata keçirildiyi qeyd edilib. Çıxışlardan sonra kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

Cəlilabad rayonunun Əliabad kəndinə ilk dəfə təbii qaz verildi - FOTO
Oxşar xəbərlər