Рейтинг@Mail.ru

Oxunub : 704 | Tarix : 28-03-2016, 13:20 | Bölmə: bolge, secilmis

Beyləqan təhsilində kreslo davası: Tofiq Sadıqov və Tahir Həsənov QARŞIDURMASI - TƏFƏRRÜATBeyləqan rayon təhsil sistemi ilə bağlı yeni məlumatlar yayılıb. Həmin məlumatlara görə, hazırda Maliyyə Nazirlinin Ağcabədi Regional İdarəsi tərəfindən Beyləqan rayon təhsil şöbəsində yoxlamalar aparılır. Mənbənin iddiasına görə aprel ayının sonlarında yekunlaşacaq yoxlama Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun vəzifədən alınması ilə yekunlaşacaq. Mediada hər zaman adı qalmaqallarda hallanan T.Sadıqovun yerinə gətiriləcək kadr haqqında da iddialar var. Belə ki, bu şəxs Beyləqan rayon Təhsil İşçilərinin Həmkarlar Təşkilatının müdiri Tahir Həsənovdur. Maraqlıdır ki, artıq proses başlamamış tərəflər bir-birinə qarşı kompramat savaşına başlayıblar.
Oxucularımız üçün tam aydınlıq yaransın deyə bildirək ki, bu vaxta qədər T.Sadıqov özü haqqında mediada yayılan məlumatların bir çoxununun mənbəyi kimi T.Həsənovdan şübhələnib. İndi isə həmin şəxsin vəzifəyə gətiriləcəyi ehtimalı yarandıqda təhsil şöbəsinin müdiri də analoji üsuldan istifadə etmək qərarına gəlib. Belə ki, Tahir Həsənovla bağlı mediaya məlumatlar ötürülməyə başlayıb. Bu məlumatların T.Sadıqova nə dərəcədə aidiyyatı olub olmadığını, onun maraqlarına nə qədər xidmət etdiyini deyə bilmərik, amma cumhuriyyet.az olaraq qarşı tərəfin də öz mövqeyini ifadə etmək hüququnu tanıyaraq redaksiyamıza ötürülən həmin məlumatları diqqətinizə çatdırırıq.

Beyləqan təhsil işçiləri haqlı olaraq bildirirlər ki, Azərbaycan bəlkə də tək-tək ölkələrdəndir ki, burada həmkarlar təşkilatları işçi hüquqlarını deyil, işəgötürənlərin mənafeyini qoruyur. Üstəlik yardıma, sosial müdafiəyə ehtiyacı olanlara kömək göstərməli olan bu təşkilat , faktiki olaraq üzvlərinin yardımı ilə yaşayır. Burada “təşkilat” dedikdə onun rəhbəri nəzərdə tutulur. Həmin şəxs bu yardımdan hətta “yuxarı”lara da “yardım” etdiyini deyir. Müraciət müəllifləri ortaya konkret faktlar qoyublar. Onların cumhuriyyet.az-a deməsinə görə, Beyləqanda təhsil işçiləri üçün əmək haqqı olaraq ayda milyon manatdan artıq pul ödənilir. Bu məbləğin 2 faizi, yəni təxminən 20 min manatdan artıq pul “duru yerdən” həmkarlar təşkilatının hesabına köçür: “Üzvlük haqları hesabına yığılan həmin vəsaitin 51 faizi baş idarəyə gedir, 49 faizi isə yerli təşkilatın ixtiyarında qalır.

Hesablama ilə yerli təşkilat ayda ən azə 10 min manat gəlir əldə edir ki, bu da ildə 120 min manat təşkil edir. Nizamnaməyə görə bu vəsain təqribən 35-40 faizi ehtiyacı olan təhsil işçilərinə yardım formasında verilməlidir. Qalan vəsait təddbirlərin, bayramların təşklinə və inzibati xərclərə sərf olunur”. Beyləqanlı təhsil işiləri hələ bir kasıb, xəstə müəllimə yardım edildiyini, müalicəyə göndərildiyini eşitmədiklərini deyirlər. Onların sözlərinə görə, təşkilat rəhbəri Tahir Həsənovun işi bu vəsaiti silmək üçün saxta sənədlər tərtib etməkdən ibarətdir. 3 ilə yaxındır ki, o, təşkilatı bu qaydada idarə edir. Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatının sədri Tahir Həsənov haqda ən maraqlı fakt isə onu sədr vəzifəsinə təşkilatın üzvlərinin seçməməsidir. Bununla bağlı cumhuriyyet.az-ın apardığı araşdırma zamanı məlum olub ki, T.Həsənovun ümumiyyətlə Beyləqan təhsilinə aidiyyatı olmayıb. O uzun müddət Füzuli rayon təhsil sistemində çalışıb. Füzuli rayonunun 55 saylı məktəbin direktoru olub. Maraqlıdır ki, Beyləqan təhsil içşilərinin Həmkarlar İttifaqının rəhbərliyinə də o birbaşa Füzuli məktəbinin direktorluğundan gəlib.

Mənbəmiz bu proses haqda da maraqlı faktlar söylədi: “T.Həsənovun Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon təşkilatına sədr gətirilməsi birbaşa keçmiş icra başçısı İrşad Əliyevin təşəbbüsü ilə olub. O bu prosesin sonucu olaraq T.Həsənovu rayon təhsil şöbəsinin rəhbərliyinə gətirməyi düşünürdü. Amma vəzifədən alındığından bu istək də həyata keçmədi”. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə T.Həsənov başqa bir rayonun təhsil sistemindən birbaşa Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatının sədri vəzifəsinə gəlməsi üçün iyirmi min manat nağd rüşvət verdiyini gizlətmir. Əlbəttə bu iddianın nə dərəcədə doğru olduğunu deyə bilmərik. Amma kənar rayonun təhsilindən birbaşa başqa rayonun həmkarlar ittifaqına rəhbər gətirilməsi prosesi çox müəmmalar yaradır…
Oxşar xəbərlər