Рейтинг@Mail.ru

Oxunub : 611 | Tarix : 15-07-2016, 13:44 | Bölmə: bolge

Elmira Süleymanovanın iştirakı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilibAzərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin , məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, ərazi nümayəndəliklərinin, yerli qeyri-hökumət təşkilatlarının, fəal gənclər, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
İlk öncə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov və Ombudsman Elmira Süleymanova Ümummilli lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri açıq elan edərək insan hüquqlarının təmin edilməsinin dövlətin ali məqsədlərindən biri olduğunu vurğulamış, bu sahədə rayonda görülən işlər barədə məlumat vermişdir.Sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir. Ombudsman Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın ölkəmizdə insan hüquqları sahəsində ilk proqram olduğunu bildirmişdir. Həmçinin diqqətə çatdırılmışdır ki, Prezident cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən Milli Fəaliyyət Proqramı 2006-cı ildən uğurla davam etdirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamıdır. Yeni Proqram insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının ən mühüm istiqamətlərini müəyyən edir.Ombudsman daha sonra Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlər, insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışmışdır. Məruzə ətrafında çıxışlardan sonra Elmira Süleymanova iştirakçıların suallarını cavablandırmışdır.
Elmira Süleymanovanın iştirakı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
Elmira Süleymanovanın iştirakı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
Elmira Süleymanovanın iştirakı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
Elmira Süleymanovanın iştirakı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
Elmira Süleymanovanın iştirakı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
Elmira Süleymanovanın iştirakı ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
loading...
Oxşar xəbərlər