Рейтинг@Mail.ru
Oxunub : 3496 | Tarix : 3-10-2016, 11:42 | Bölmə: bolge, secilmis, redaktor, banner

Beyləqanın icra başçısı restoranda dava saldı


Vaqif Abdullayevlə icra hakimiyyətinin keçmiş şöbə müdiri əlbəyaxa olublar

Beyləqan rayonun icra başçısı Vaqif Abdullayevlə keçmiş şöbə müdiri arasında əlbəyaxa dava baş verib. Bu barədə azerinews.tv-yə rayondakı etibarlı mənbələrdən məlumat daxil olub. Məlumata görə, iki gün öncə Vaqif Abdullayev başının dəstəsilə rayonda tanınmış "Kral" şadlıq sarayına gəlib və təsadüfən restoranda bir müddət əvvəl işdən çıxardığı, rayon icra hakimiyyətinin keçmiş hüquq şöbəsinin müdiri Zakir Mehdiyevlə üz-üzə gəliblər. Hər iki tərəf içkili olduğundan aralarında mübahisə yaranıb və sonda mübahisə dava-dalaşla nəticələnib. Deyilənə görə insident Vaqif Abdullayevin Zakir Mehdiyevin ünvanına "əəəə iş verən sən də burdasan" ifadəsindən sonra baş verib. Zakir Mehdiyev isə öz növbəsində icra başçısının "moşennik" adlandır. Elə bundan sonra da tərəflər arasında əməlli başlı əlbəyaxa dava düşüb. Lakin icra başçısı Vaqif Abdullayevin yanında olanlar hər iki tərəfi birtəhər sakitləşdirə biliblər.

Qeyd edək ki, Vaqif Abdullayev Beyləqana icra başçısı təyin olunandan sonra qurumun keçmiş hüquq şöbəsinin müdiri Zakir Mehdiyevi işdən kənarlaşdırıb. Keçmiş şöbə müdiri isə mətbuatda Vaqif Abdullayevi ittiham edərək bildirib ki, onu icra başçısı qanunsuz olaraq işdən çıxarıb. Səbəb isə 2012-ci ildə Vaqif Abdullayevin Beyləqana başçı təyin olunandan sonra necə deyərlər, daş qayaya rast gəlib. Zakir Mehdiyev icra başçısın

hüquqi sənədlərə onunla razılaşmadan imza atmaqda və həmin sənədləri vətəndaşlara satmaqda ittiham edib. Şöbə müdiri buna etiraz edəndə isə o zaman Vaqif Abdullayev ona təzyiqlər göstərirmiş. O da dinc dayanmayıb başçının hərəkətlərindən müvafiq orqanlara şikayət yazıb yollayıb. Nəticədə isə Zakir Mehdiyev vəzifəsilə vidalaşmalı olub. Görünür elə bu keçmiş ədavət ucbatından tərəflər arasında dava baş verib.

Məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadığından qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər