Рейтинг@Mail.ru

Oxunub : 379 | Tarix : 8-11-2016, 16:12 | Bölmə: bolge

Beyləqan Rayon Prokuroru Azər Osmanov Prezidentin  bu regiona səfərinə “təxribat planı”
Elekron ünvanımıza Beyləqan Rayon Prokuroru Azər Osmanov barəsində dövlət əleyhinə yönələn dolayı yoola yönəlmiş məlumat daxil olub.

Əvvəlc xatırladaq ki, Beyləqan Rayon Prokuroru Azər Osmanov Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində prokuror işləyib, sonradan Zəngilan rayonunda ,oradan isə Beyləqan Rayonuna prokuror vəzifəsinə təyin edilib.
Şikayətçi Qasımov Vüqar Vaqif oğlu dövlət maraqlarının müdafiəsi naminə Baş Prokuroru cənab Zakir Qaralova müraciət edərək rayon prokuroru Azər Osmanovla birgə şəxsən qəbul etməsini xahiş edir və prokuror barəsində toplanmış və fəaliyyətini əhatə edən mövcud bütün materialları şəxsən Baş Prokurorluqda təqdim edilməsini bildirib. Əlavə olaraq rəsmi qayda da 08.11.2016-cı il tarixdə Baş Prokurorluğuna müraciət olunduğuda bildirilir.
Şikayətçi Vüqar Qasımov bildirir ki,Beyləqan Rayon Prokuroru Azər Osmanov AR CPM-nin tələblərini açıq-aşkar pozaraq sifariş və yaxud naməlum maraqlardan Ulu Öndər mərhum Heydər Əliyevin qurduğu dövlətini yarıtmaz və ciddi qanunpozuntuları ilə müşahidə olunan fəaliyyəti ilə sarsıdır.
Ulu Öndərin qurduğu və hazırda cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət siyasətinə qarşı çıxaraq azərbaycanda insan hüquqlarını pozur.
Şikayətçi Vüqar Qasımov bildirir ki, rayonda baş verə biləcək xoşagəlməz hadisə barədə rayon prokuroru cənab Azər Osmanova rəsmi poçt vasitəsi ilə bir ay qabaq məlumat versə də, hadisənin qarşısını almaq əvəzinə ona qarşı qərəzli olaraq, onu dövlətinə qarşı çıxmağa məcbur edir.

Rayon Prokuroru Azər Osmanovun səhlənkarlığı və qanuna zidd hərəkətsizliyi nəticəsində hadisə baş vermişdir və iş materialları ilə mənim heç bir təqsirim olmadığı bir halda, onun barəsində ədalətsiz qərar qəbul edərək onu təqsirli saymışdır. Halbuki, iş materiallarında və əldə olan maddi subutlara əsas olaraq Vüqar Qasımov tərəfindən heç bir cinayət və ya inzibati pozuntu olmadığı öz təsdiqini tapır. Neçə deyərlər Rayon Prokuroru “Ağ qatığa qara deyərək” mən vətəndaşı şərləmək niyyətini nümayiş etdirir. Bu qanuna zidd hərəkətləri ilə Azər Osmanov rayonda baş verə biləcək ağır və daha ağır cinayət hadisələrinə əlverişli təməl qurur.

Beləki, Beyləqan Beyləqan RPŞ-nin TB-nin HK-1,785,786 saylı təhqiqat materialları üzrə onun barəsində qəbul edilmiş 10.08.2016-cı il tarixli qərardan AR CPM-nin tələblərində qeyd olunan hüquqlarımdan, yani həmin məcəllənin 212.3-cü maddəsinin tələblərinə uyğun olaraq təhqiqatın ədalətsiz qərarından Beyləqan Rayon Prokurorluğuna 16.08.2016-cı il tarixdə şikayət vermişdir.

İş materialları ilə və şahid ifadələri ilə mən haqlı olduğum bir halda, sifarişli və yaxud naməlum digər maraqlardan mövcud iş materiallarında olan faktları bir kanara qoyaraq mənə qarşı qərəzli qərar qəbul etmişdir. Qərarın surətini isə mənə vermir. Məni əhhta prosessual hüquqlarımın həyata keçirilməsinə imkan vermir. Şəxsi qəbul zamanı 07.11.2016-ci il tarixdə belə bir ədalətsiz qərarın qəbul etməsinin səbəbini soruşduqda, rayon prokuroru cavab olaraq mənə bildirmişdir ki,

-bu regiona sənin Prezidentin gələndə soruşarsan.

-get Prezidentindən şikayət et.

-mən sadəcə tapşırıq yerinə yetirirəm.


İlk növbədə ağlıma rayon prokurorun spirtli və ya digər güclü preparatların təsiri altında olması fikir gəldi. Sonra başa düşdüm ki, yox, rayon prokuroru sadəcə Ulu Öndərin qurduğu dövlətin siyasətindən narazıdır və mənidə bu çirkin fikirlərə salmaqğa çalışır. Mən bir vətəndaş olaraq bu baş verənlərdən və Azər Osmanovun sözlərindən sonra rayon prokuroruna bütün etibarım itdi və mən arzulamıram ki, dövləti daxildən sarsıtmağa çalışan,biz vətəndaşları düşüncələrinə təsir edib dövlət əleyhinə yönəlmiş fikirlərin formalaşdıran Azər Osmanov kimi şəxslər Prokurorluq və yaxud digər dövlət orqanlarında işləsinlər.

Ulu Öndər dahi şəxsiyyət mərhum Heydər Əliyev vaxtı ilə demişkən

–Şəxsi maraqlarını ,dövlət marağından üstün tutan şəxs heç vaxt öz dövlətinə və xalqına layiqli xidmət göstərə bilməz.

Azər Osmanovun dediyinə görə Ulu Öndərin əsas siyasi kursu şər böhtan və şərləməkdən ibarətdir və bunu əsas gətirərək o, bildirir ki, mən vətəndaşı güvəndiyim dövlət və Prezidentim biz vətəndaşları aldadır yalan vədlər verir, rayon prokurorluqları isə yalnız “sifarişlər əsasında” işləyir. Mən Azər Osmanovun bu çirkin və xoşagəlməz fikirlərini rədd edirəm və Ulu Öndərin qurduğu dövlətə və onun Prezidentinə güvənirəm. Ulu Öndərin qurduğu bu hüquqi dövlətdə inanıram ki, mənim hüquqlarım tezliklə bərpa olunacaqdır və təqsirkar şəxslər tezliklə cəzasını alacaqlar.
Hörmətlə,
Dövlət maraqlarını hər zaman müdafiə edən və çalışan vətəndaş Qasımov Vüqar Vaqif oğlu.
Oxşar xəbərlər