Рейтинг@Mail.ru
Oxunub : 208 | Tarix : 3-01-2017, 11:15 | Bölmə: bolge

Təcili yardım maşını kamazla toqquşaraq yandı - KürdəmirdəBu gün Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının “Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobili toqquşub.
FHN-ə istinadən xəbər verilir ki, toqquşma nəticəsində yanğın baş verib.

Yanğında “Qazel” markalı avtomobilin yanar hissələri yanıb. “Kamaz” markalı yük avtomobili yanğından mühafizə olunub.

Qaynarinfo.Az
Oxşar xəbərlər