Рейтинг@Mail.ru
Tarix : 8-01-2017, 10:41 | Bölmə: bolge

 Salyanda DƏHŞƏT : kürəkən qayınatasını...Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.

Kənd sakini, 46 yaşlı Natiq Mirəziz oğlu Qasımov ailə münaqişəsi zəminində kürəkəni tərəfindən bıçaqlanıb. N.Qasımov üzünün sol tərəfinin geniş kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada yardım göstərildikdən sonra Natiq Qasımov ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər