Рейтинг@Mail.ru
Tarix : 14-07-2017, 13:13 | Bölmə: cemiyyet

"Ganjlik Mall"da qızı döyərək xəstəxanalıq etdilər

Bakıda tanınmış ticarət mərkəzində gənc qız döyülüb.

Azerinews.tv report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Ganjlik Mall"da baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Musayeva Nigar Emin qızı naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. O, müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Hadisənin baş verdiyi əraziyə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi istiqamətində araşdırma aparılır.
Oxşar xəbərlər