Gömrük Kömitəsində seçkiöncəsi TƏXRİBAT: Faiq Seyidov sahibkarları prezidentə qarşı qaldırırGömrük Kömitəsində seçkiöncəsi TƏXRİBAT: Faiq Seyidov sahibkarları prezidentə qarşı qaldırırLənkəranın icra başçısının RİH-də vəzifə verdiyi saxta diplomlu məmurları – TƏFƏRRÜATLənkəranın icra başçısının RİH-də vəzifə verdiyi saxta diplomlu məmurları – TƏFƏRRÜATŞəbnəm Tovuzlunun gizli sponsoru, BŞİH-də “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyevin ŞOK GİZLİNLƏRİŞəbnəm Tovuzlunun gizli sponsoru, BŞİH-də “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyevin ŞOK GİZLİNLƏRİİcra başçısı iş adamına 1 milyon atdı: Vaqif Abdullayev, Bulud Aslanovla pul üstündə ƏLBƏYAXAYA ÇIXDIİcra başçısı iş adamına 1 milyon atdı: Vaqif Abdullayev, Bulud Aslanovla pul üstündə ƏLBƏYAXAYA ÇIXDIGömrük monopoliyasının yeni əfsanəsi “Karqo Şamil” Əbülfəz Məlikovu döydü adamlarını GİROV GÖTÜRDÜ – QARŞIDURMAGömrük monopoliyasının yeni əfsanəsi “Karqo Şamil” Əbülfəz Məlikovu döydü adamlarını GİROV GÖTÜRDÜ – QARŞIDURMA''İtmiş'' briliyant qaşlı üzüyün sirləri – Aynur Camalqızına qədər uzanan Rza Zərrab xətti''İtmiş'' briliyant qaşlı üzüyün sirləri – Aynur Camalqızına qədər uzanan Rza Zərrab xəttiƏbüdfəz Məlikov – Əli Kərimli İTTİFAQI: seçkiöncəsi milyonlar xarici banklar daşındı – PREZİDENTƏ XƏYANƏTƏbüdfəz Məlikov – Əli Kərimli İTTİFAQI: seçkiöncəsi milyonlar xarici banklar daşındı – PREZİDENTƏ XƏYANƏTZərdab rayon Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyevanın korrupsiya əməlləri – FOTOLARZərdab rayon Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyevanın korrupsiya əməlləri – FOTOLAROliqarx Maliyyə idarəsinin rəisi Rəşid Manafovun topdağıtmaz varidatı – SİYAHIOliqarx Maliyyə idarəsinin rəisi Rəşid Manafovun topdağıtmaz varidatı – SİYAHIPrezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdiPrezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdiBu gün Bu gün "20 Yanvar" faciəsindən 28 il ötür...Əbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOLƏbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOLBeyləqanda müdhiş saxtakarlıq: Aslanovlar ailəsi polis kapitanından şikayətçi düşdü - Prezidentə müraciətBeyləqanda müdhiş saxtakarlıq: Aslanovlar ailəsi polis kapitanından şikayətçi düşdü - Prezidentə müraciətQazax keçid məntəqəsində biabırçılıq: Gömrük işçisi qadınları belə söyüb, təhqir etdi – VİDEOQazax keçid məntəqəsində biabırçılıq: Gömrük işçisi qadınları belə söyüb, təhqir etdi – VİDEOSOS: Broker Əbülfəzin “kütləvi qırğın silahı” – kimyəvi saxta yumurtalar (FOTO+VİDEO)SOS: Broker Əbülfəzin “kütləvi qırğın silahı” – kimyəvi saxta yumurtalar (FOTO+VİDEO)
Рейтинг@Mail.ru
Tarix : 13-02-2018, 10:27 | Bölmə: cemiyyet

Məhv edilmiş 8 ailə: “Qardaşımın ailəsinin qətlə yetirildiyini bilə-bilə 26 ildir onları gözləyirəm” - Xocalı DƏHŞƏTİ
Bir neçə gündən sonra ermənilərin Xocalıda törətdiyi soyqırımının 26-cü ili tamam olacaq.
Emənistanın insanlığa qarşı tərətdiyi bu misilsiz cinayət zamanı 8 ailə yer üzündən silinib.
Modern.az saytı soyqırımının növbəti ildönümü ərəfəsində Xocalıda son nəfərinədək qətlə yetirilmiş 8 ailənin yaxınları ilə əlaqə saxlamağa çalışıb.
“Qətl edilmiş 8 ailə”dən ilki - Vaqif Məmmədovun ailəsindən bəhs edirik. Dəhşətli qətliam gecəsi Vaqif Məmmədov, həyat yoldaşı Afilə Məmmədova, oğlanları Azər, Ceyhun Niyaməddin Məmmədovlar hamılıqla məhv ediliblər.
Üstündən 26 il keçməsinə baxmayaraq, Vaqif Məmmədovun bacısı Ofeliya Məmmədova qardaşının ailəsi ilə bağlı düşüncələrini ürək ağrısı ilə bölüşüb.

Dəmir parçasından düzəldilən “silahlar”...

“1992-ci ilin Xocalı faciəsi zamanı yer üzündən silinən 8 ailədən biri də qardaşımın ailəsidir. O dəhşətli gecədə qardaşım Vaqif Məmmədov və ailəsi hamılıqlı vəhşiliyin qurbanı oldu. Qardaşımın yoldaşı Afilə xanım Xocalıda müəllimə işləyirdi. Böyük oğlunun 20, ortancıl oğlunun 18, kiçik oğlunun isə 14 yaşı vardı.
1992-ci ilin 25 fevralından 26-na keçən gecə hamı canını qurtarmaq üçün meşəyə qaçırdı. Başqa çıxış yolumuz da yox idi.
Qardaşım meşədə olan dəmirləri yığıb onlardan özünümüdafiə üçün nəsə düzəldirdi və Xocalı camaatına verirdi. Çünki o vaxt əliyalın əhalidə silah yox idi”.

“Qanımız belə donmuşdu...”

Ofeliya xanım deyir ki, bu gün də Xocalının adı gələndə qəlbi sızıldayır:

“O gecəni heç unutmadıq, unuda bilməyəcəyik! Yadımdadır, həmin o qanlı gecədə erməni tankları üstümüzə elə gəlirdi ki, hamımız canımızı götürüb meşəyə qaçmalı olduq. O qarlı, şaxtalı gecədə bir qız köynəklə ayaqyalın qaçmışdı. Onun ayaqlarından qan süzülürdü. İnanın, artıq elə bir vəziyyət yaranmışdı ki, insanların bədənindəki qanı donmuşdu. Xocalı sakinlərinin hamısı şəhərdən çıxa bilməmişdi. Amma bir çoxumuz meşəyə qaçmalı olmuşduq. Ermənilər tarixən qaniçən millət olub. O dəhşətli gecədə meşələrə üz tutmasaydıq, sağ adam tapmaq olmayacaqdı”.

Məhv edilmiş 8 ailə: “Qardaşımın ailəsinin qətlə yetirildiyini bilə-bilə 26 ildir onları gözləyirəm” - Xocalı DƏHŞƏTİ
“Xoş xəbər ala bilmədim...”

Ofeliya xanım deyir ki, faciə gecəsi 2 qardaşını itirib:
“Həmin gecə qardaşlarımın hər ikisi ailəsi ilə birlikdə meşədə idi. Mən də meşəyə qaçmışdım. O qanlı hadisədə qardaşım Vaqifi və ailəsini Marıs adında bir qadın görmüşdü. O mənə dedi ki, Vaqif qayalığa çıxanda ürəyi dayandı. Heç demə həmin vaxt 2 oğlu yanında idi. Balaca oğlu Niyaməddin isə dayısıgillə gəlirdi. Xocalıdan çıxanda dayısı da, həyat yoldaşı da rəhmətə getdi. Niyaməddinin əlindən tutub dedim ki, gəl bizimlə gedək. Elə bu vaxt aləm bir-birinə dəydi. Hərə bir tərəfə qaçdı. Həmin gün qardaşım oğlunu orada itirdim. Hər yeri axtardım, amma tapa bilmədim. Qardaşımgil ailəliklə məhv oldular”.

““Oqtay sənin qardaşın deyil” deyəndə...”

“Üç il bundan qabaq “Qırmızı Xaç Komitəsi”ndən bir nəfər gəlib ağız suyumdan analiz götürdü. Xocalı faciəsində qardaşım Vaqif ailəsi ilə birgə məhv olsa da, digər qardaşım Oqtay ikin düşüb. Bir həftədən sonra zəng edib dedilər ki, “Oqtay sizin qardaşınız ola bilməz”. Elə əsəbləşdim ki... Yaramız heç sağalmayıb. Bunlar doğma qardaşımı məndən uzaqlaşdırmaq istəyirlər.
“Siz nə danışırsız?! Həm Vaqif, həm də Oqtay mənim qardaşımdır. Bunu bütün Xocalı bilir. Sən gəlib analiz götürüb mənə deyirsən ki, həyat yoldaşı ilə danışmalıyam, sən bacısı deyilsən”-dedim. Oqtay qardaşımla meşədə olanda əlindən tutdum ki, “gəl qaçaq”. O əliyalın ermənilərə müqavimət göstərməyə çalışdı. Mənimlə gəlmədi”.
Məhv edilmiş 8 ailə: “Qardaşımın ailəsinin qətlə yetirildiyini bilə-bilə 26 ildir onları gözləyirəm” - Xocalı DƏHŞƏTİ

“O günü unutmaq olarmı?!”

Soqyqırımının şahidi danışdıqca dərindən ah çəkərək, indiki fevralın o vaxtkına bənzəmədiyini deyir:
“İndi də fevral ayını yaşayırıq. Bu fevral o fevrala bənzəmir. İndi hər yer işıqlıdır. O vaxtın fevralı qarlı-şaxtalı idi. Soyuq adamın sümüyünə qədər işləyirdi. Ağacların budaqları belə donmuşdu. Buzlu torpaqda addımlamaq olmurdu. Camaat ayaqyalın, başıaçıq meşəyə qaçmışdı. Biz çox zülmlər çəkmişik, çox acılar yaşamışıq.
Bir dəfə “Lider” TV-də çalışan aparıcı Etibar Hüseynov verilişlərin birində “Xocalı faciəsi günü ağlamaq doğru deyil. Ermənilər bizə baxır. Deyək-gülək” dedi. Necə yəni deyək-gülək?! Biz bu faciənin iştirakçılarıyıq, şahidləriyik. O faciəni unutmaq olarmı?!”.

Qardaşını axtaran bacı

Ofeliya Məmmədova Xocalıya şəhər statusu verilməsini qəbul etmir:
“Xocalı ta qədimdən kənd olub. Sonradan camaatı yığıb Xocalıya şəhər statusu verdilər. Heç Xocalını şəhər kimi qəbul etmədim. Faciədən sonra Vaqifi və ailəsini çox axtardım. O vaxt dedilər ki, Qazaxda Alik adlı bir nəfər sənə kömək edə bilər. Dərhal ora getdim ki, bəlkə qardaşımı, ailəsini tapa bilərəm. Amma bir xoş xəbərlə qayıda bilmədim. Ən acınacaqlı durum odur ki, heç birinin məzarı yoxdur. Hamısı meşədə qurda-quşa yem oldu.
Bir bacı üçün bundan böyük dərd nə ola bilər. Qardaşım bütün ailə üzvləri ilə bir gecədə yox oldu. Heç olmasa ondan bir yadigar övladı qalsaydı, özümü onunla ovundura bilərdim. O gündən indiyə qədər sanki bir boşluqdayam. Qardaşımın ailəsinin bütün üzvləırinin qətlə yetirildiyini bilsəm də, ümidimi kəsə bilmirəm. Hələ də gözlərim yollarda, qulağım səsdədi. Bilə-bilə ki, ermənilər onları qətlə yetirib, ancaq ümidimi itirə bilmirəm. Bəzən məni başa düşmədikləri üçün ətrafımdakı insanları qınayıram, bəzən düz hərəkət etmədiyim üçün özümü qınayıram. Bimirəm, inanın, heç nə bilmirəm, heç nə anlamıram, anlamaq istəmirəm. İnanın, qardaşlarımı, ailə üzvlərini nə vaxtsa görmək ümididir məni yaşadan. Buna yaşamaq demək mümkünsə, yoxsa çoxdan ölmüşdüm...
Qeyd: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
XX əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Oxşar xəbərlər