Рейтинг@Mail.ru

Oxunub : 328 | Tarix : 11-07-2016, 13:26 | Bölmə: cemiyyet

Bakıda toyda  əlbəyaxa davaDünən Bakıdakı şadlıq saraylarından birində insident yaşanıb.Azerinews.tv bildirir ki, hadisə şahidlərinin modern.az-a verdiyi məlumata görə, xoşagəlməz hal Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yerləşən "Yağmur" şadlıq sarayında baş verib.Hadisə ilə bağlı Suraxanı rayonu, 32-ci polis bölməsindən modern.az saytına faktı təsdiq ediblər. Bildiriblər ki, olay iyunun 10-da, axşam saat 19 radələrində baş verib.İnsidentə səbəb sərxoş insanlar arasında yaranan anlaşılmazlıq olub. Belə ki, dəvətlilər arasında spirtli içkinin təsiri altında mübahisə yaranıb və bu, əlbəyaxa davaya keçib. Hadisə yerinə gələn polis əməkdaşları tez bir zamanda vəziyyəti nəzarət altına alıb. İnsident xəsarətsiz ötüşüb. Hazırda araşdırma aparılır.Qeyd edək ki, "Yağmur" şadlıq sarayı bir neçə il öncə kriminal aləmin keçirdiyi məclisdə çıxan silahlı atışma ilə gündəmə gəlmişdi.
Oxşar xəbərlər