Рейтинг@Mail.ru

Oxunub : 384 | Tarix : 13-08-2016, 10:26 | Bölmə: cemiyyet

Bakıda Komada olan xəstənin qızıl dişləri oğurlandı - Şok iddiaSumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında xəstənin qızıl dişinin oğurlanması ilə bağlı yazılanlar həqiqətə uyğun deyil.
Azerinews.tv xəbər verir ki, bu barədə xəstəxananın baş həkiminin müavini Elçin Quliyev admiral.az-a bildirib. Onun sözlərinə görə, yazılanlar absurddur və belə bir şey olmayıb:
"Bu barədə KİV-lərdə məlumat verilib. Lakin məlumatda xəstənin adı və soyadı barədə yazılmır. Biz məlumat yayılandan sonra bir daha araşdırma aparmışıq. Ümumiyyətlə, bizim xəstəxanaya bu barədə heç bir müraciət də daxil olmayıb".
E.Quliyev deyir ki, xəstəxanaya xəstə gətirilən zaman onun üzərində olan əşyalar bir neçə şəxsin iştirakı ilə aktlaşdırılır və saxlanılır. Sonradan həmin əşyalar xəstəyə, yaxud onun yaxınlarına təhvil verilir.
Hadisə ilə bağlı Səhiyyə Nazirliyi də açıqlama verib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, komaya düşən xəstənin reanimasiyada qızıl dişinin oğurlanması barədə yayılan məlumatların heç bir əsası yoxdur:
"Məlumatın heç bir əsası yoxdur. Bu barədə yazılanların hamısı yalandır".

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında xəstənin komada olan zaman dişlərinin oğurlanması ilə bağlı məlumat yayılıb.

Azerinews.tv bildirir ki, xəstənin həyat yoldaşı Qəmər Qasımova femida.az-a açıqlamasında deyib ki, həyat yoldaşı 1959-cu il təvəllüdlü İsmayıl Qasımovun dişləri Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında reanimasiya şöbəsində olduğu zaman oğurlanıb:

"Biz xəstəni Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından Mərkəzi Klinik Xəstəxanaya gətirəndə ağzında diş yox idi. Hadisədən 3 gün sonra xəbər tutduq. Yoldaşımın dişlərini Sumqayıtda reanimasiya şöbəsində olan zaman oğurlayıblar. Mən xəstəxanaya müraciət edib deyəndə ki, yoldaşımın ağzında 6 qızıl dişi vardı, indi isə yoxdur, onlar cavab verdi ki, biz bilmirik. Xəstəyə tibb bacıları baxırdı. Mən də xəstəyə 10 dəqiqəlik baş çəkə bilirdim. Hazırda yoldaşım reanimasiyadadır".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə məsələyə belə münasibət bildirib: "Komada olan xəstənin qızıl dişlərinin sökülməsi ilə bağlı məlumat daxil olmayıb".
Onun sözlərinə görə, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında belə bir hadisənin olması mümkünsüzdür.
"Bu qədər də olmaz. Xəstənin ağzından necə diş çıxarda bilərlər ki?! Mən həyatı boyu inanmaram ki, onu həkimlər edib. Yəqin ki, hardasa düşüb. Bizə belə bir məlumat daxil olmayıb".
Oxşar xəbərlər