Рейтинг@Mail.ru

Oxunub : 278 | Tarix : 3-09-2016, 11:00 | Bölmə: cemiyyet

Bir neçə icra başçısı yola salınır - Böyük təmizləməSentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumdan sonra bir neçə rayonun icra hakimiyyətinin başçısı postları ilə vidalaşmalı olacaqlar. Bu barədə Qaynarinfo.Az-a məlumatlı mənbədən bildirilib.

Mənbənin sözlərinə görə, xüsusilə barələrində ciddi korrupsiya faktları olan icra başçıları ilə yollar ayrılacaq. Bu zaman Hesablama Palatasının son aylarda apardığı auditlərin nəticələri əsas götürüləcək.

Mənbəmiz belə icra başçılarından bəzilərinin kimliyi barədə də məlumat verib. Belə aydın olur ki, onların arasında Biləsuvar rayonun icra başçısı Mahir Quliyevin adı ön plana çıxır. “Biləsuvar rayonunda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb. Bu isə yuxarı dairələrdə ciddi narazılığa səbəb olub və Mahir Quliyevin vəzifəsinə xitam verilməsi qərarlaşdırılıb” - deyə qaynağımız vurğulayıb.

“Vurulması” planlaşdırılan rayon rəhbərlərindən biri də Adil Məmmədovdur. Qobustan rayon İcra Hakimiyyətinin başçısı olan A.Məmmədov barəsində belə bir qərar verilməsinə əsas səbəb kimi ciddi korrupsiya ittihamları göstərilir. “Bir neçə ay əvvəl Hesablama Palatasının Qobustan rayon İcra Hakimiyyətində apardığı yoxlama zamanı önəmli yeyinti faktları aşkarlanıb. Məlum olub ki, rayon rəhbərliyi tərəfindən dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsi zamanı xüsusi razılığa (lisenziyaya) malik olmayan podratçı təşkilatla satınalma müqaviləsi bağlanıldığını, bitum və yanacaq-sürtgü materiallarının qiymətlərinin artması ilə əlaqədar inşaat prosesində müqavilə məbləğinın müvafiq prosedur qaydalara riayət edilmədən artırıldığını, istismara qəbul edilən bir neçə obyektin müvafiq qaydada uçota alınmadığını və əsaslı vəsait qoyuluşu üzrə kreditor borcların balansda əks etdirilməyib. Həmçinin Qobustan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Qobustan şəhərinin küçələrinin işıqlandırılması üçün ayrılmış vəsaitin təyinatı bəzi hallarda dəyişdirilib. İcra Hakimiyyəti tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı müvafiq qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilmədiyi, həmçinin məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilməklə icra olunduğu, yolların əsaslı təmiri üzrə tenderə təqdim edilmiş qiymət cədvəlindəki iş vahidlərinin qiymətindən fərqli qiymətlər tətbiq edildiyini, yolların əsaslı təmiri işləri üzrə tərtib edilən qəbul aktlarında işlərin həyata keçirildiyi ünvanlar tam göstərilməyib. Eyni zamanda, mal-material qiymətlərinin uçota alınması, yanacaq və ehtiyat hissələrinin silinməsi prosesində nöqsanlara yol verilib, bəzi hallarda fiziki şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyindən vergi tutulmayıb, İcra Hakimiyyəti və tabeliyindəki qurumlar tərəfindən maliyyə hesabatlarının qüvvədə olan müvafiq təlimatlara uyğun aparılmayıb. Bütün bu sadalananlar Adil Məmmədovun görəvindən uzaqlaşdırılması üçün yetərli faktlardır”, - deyə mənbəmiz bildirib.

“Referendumdan sonra postundan uzaqlaşdırılması gözlənilən daha bir icra başçısı Niyazi Bayramovdur. Mingəçevirə rəhbərlik edən Bayramov barədə də kifayət qədər ciddi korrupsiya faktları var. Hesablama Platasının Mingəçevir şəhər İcra Hakimiyyətində apardığı son yoxlama da həmin korrupsiya faktlarının rəsmi təsdiqi hesab edilməlidir. Belə məlum olur ki, şəhər rəhbərliyi tərəfindən abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin həyata keçirilməsi zamanı bəzi hallarda işlərin dəyərinin və həcmlərinin artırılması nəticəsində podratçılara artıq vəsait ödənilib, əmək haqqı fondunun müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyərək əlavə və artıq ödənişlərə yol verilib. Kommunal xidmətlərini həyata keçirən yerli İcra Hakimiyyətinin struktur vahidləri tərəfindən büdcə vəsaitinin təyinatı dəyişdirilmiş və təsərrüfat gəlirləri hesabına saxlanılmalı xərclərin ödənilməsinə yönəldilib, mənzil fondunun gəlirləri üzrə vəsait az hesablanılıb, debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, dövlət büdcəsinə olan kreditor borcu tam ödənilməyib və DSMF-yə yaranan borc daim artıb, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılıb, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib. Niyazi Bayramovla bağlı sadalanan nöqsanlar bununla bitmir. Belədə onun da yaxın vaxtlarda postu ilə vidalaşmaq məcburiyyətində qalacağı şübhə doğurmur”, – deyə qaynağımız əlavə edib.

Qaynarinfo.Az-a daxil olan məlumatda referendumdan sonra gözlənilən “böyük təmizləmə”nin qurbanları arasında Xaçmaz rayon İcra Hakimiyyətinin 12 illik başçısı Şəmsəddin Xanbabayevin və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı, eyni zamanda müdafiə sənayesi naziri olan Mərdan Camalovun da adları çəkilir. Bu icra başçıları barədə də kortrupsiya faktları ilə zəngin dosyelərin hazırlandığı və postlarına ciddi təhlükə yarandığı deyilir.
loading...
Oxşar xəbərlər