Рейтинг@Mail.ru

Oxunub : 2466 | Tarix : 6-09-2016, 09:53 | Bölmə: cemiyyet

Kürd mafiyası Sumqayıtı çalxalayır - Zakir Fərəcov dövlətin milyonlarını mənimsəyir, fəhlələr isə aylardır maaş almırSumqayıta icra başçısı təyin olunandan sonra şəhərdə qanunsuz və rüşvətxor əməlləri ilə ölkə mediasının gündəmini zəbt edən Zakir Fərəcovun cəzasız qalması, durumu daha da ağırlaşdırmaqdadır. Realliq.info qeyd edir ki, Sumqayıtda sahibkarlara divan tutan və onlardan tələb etdiyi rüşvəti almağa müyəssər olan icra başçısı bununla kifayətlənməyərək Prezidentin şəhərin inkşafı üçün ayırdığı vəsaitləri də mənimsəməkdədir.
Nəzərə alsaq ki, Prezident İlham Əliyev 13 oktyabr 2015-ci ildə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 3 mart 2016-cı ildə isə çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9,0 (doqquz) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon (altı milyon beş yüz min) manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait ayrılması ilə bağlı sərəncam verib. Bundan əlavə şəhərdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün daha 20 milyon manat vəsait ayrlılıb. Lakin, Zakir Fərəcovun özbaşınalığı nəticəsində Sumqayıta ayrılan dövlət vəsaitləri “yoxa çıxıb” və nəticədə şəhərdə narazılıqlar artmaqdadır. Maraqlı faktlardan biri də odur ki, Sumqayıtda tikilən bulvarda işlər icra başçısının istədiyi kimi getmir və fəhlələr üç aydır ki, alın tərlərinin haqqını – maaşlarını ala bilmirlər.
Biz ötən yazılarımızda qeyd etmişdik ki, Zakir Fərəcov ikinci böyük şəhərdə qohumlarına hər cür ixtiyar verməklə vətəndaşların hüquqlarını kobud şəkildə pozur, narazılıq edənləri “qoçuları” vasitəsilə susdurur. Hətta hər küçədə və döngədə “Mən Bəylər Eyyubovun qohumuyam” – şüarını təbliğ edən icra başçısı “Sumqayıt kurd mafiyasının mərkəz şəhəri olacaq” deməkdən belə çəkinmir.
Bu məmurun qohumlarına verdiyi qanunsuz səlahiyyətlər indi onun özünə problemlər yaratmaqdadır. İcra başçısının sevimli qudası, can- ciyəri və dövlət əmlakının mənimsənilməsində əsas şəriki olan Akif Zeynalovun Sumqayıt bulvarında gedən tikinti işlərinə rəhbər təyin olunması heç kimi təəcübləndirməmişdi. Milyonlarla ayrılan dövlət vəsaitini qudasız yemək və ya mənimsəmək Zakir Fərəcova yaraşmazdı. Və qudaların növbəti mənimsəmə əməlliyyatına, hər şeyin yaxşı getdiyi zaman icra hakimiyyətinin qarşısına toplaşan fəhlələr maneçilik törətməyə başlayıblar. Səbəb bəllidir. Bir müddət əvvəl mətbuatda yayılan məlumatda qeyd olunurdu ki, Zakir Fərəcov şəhərdəki bütün təmir-tikinti işlərini qudası Akif Zeynalova tapşırıb. Akif Zeynalov isə Sumqayıtın yenidənqurulma işlərini bir müddət əvvələdək həbsxana həyatı yaşamış, o zamanlar medianın gündəmində olan goranboylu iş adamı Müqayis Verdiyevə həvalə edib. Bildirək ki, Müqayis Verdiyev bir neçə il öncə Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilmişdi. Bir neçə illik həbs həyatından sonra isə Müqayis Verdiyev 9 sentyabr 2015 ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.
Həbsdən azad olunduqdan sonra Müqayis Verdiyev Sumqayıt şəhərində təmir-tikinti işlərinə girişb. Onun bu şəhərdəki pul silmə əməliyyatında önəmli rol almasında isə Zakir Fərəcovun qudası Akif Zeynalovun böyük xidməti olub.
Müqayis Verdiyevin Sumqayıtda gördüyü işlər Zakir Fərəcovun xoşuna getməyb. Buna səbəb isə iş adamının icra başçısına “atmasıdır”. Sumqayıt bulvarnıda daha ucuz və keyfiyyətsiz tikinti materiallarından istifadə edilməsinə qərar verən Zakir Fərəcov pulları hesablayarkən aldadıldığını anlayıb.
Bu barədə Sumqayıtdan Realliq.info-ya daxil olan məlumata əsasən Sumqayıt bulvarına baxış keçrildikdən sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işlərdən narazılığını ifadə edib. Onun qənaətinə görə, Müqayis Verdiyev bulvarın inşasında keyfiyyətsiz və ucuz tikinti materiallarından istifadə edib. Lakin, Zakir Fərəcovun razılığı ilə bir vaxtlar sənədlərdə qiymətlər şişirdilib. İcra başçısının aldadılması və ona mənimsənilən pulun düzgün deyilməməsi vəziyyəti qəlizləşdirib.
Məlumatlı mənbə qeyd edib ki, Zakir Fərəsovun iradlarından sonra Müqayis Verdiyev çətin vəziyyətə düşüb. Ortada milyonlarla manat mənimsəmənin və icra başçısına düşən paydan çox pulun olduğunu qeyd edən mənbə bildirir ki, iş adamı vəziyyətdən çıxmaq üçün Zakir Fərəcova minnətçi düşüb. Problemin necə bitəcəyi isə hələ ki, bəlli deyil. Müqayis Verdiyevin problemi ört-basdır etmək üçün Zakir Fərəcovun qudası Akif Zeynalova üz tutduğu qeyd olunur.
Sumqayıtdan Realliq.info-ya daxil olan məlumatda bildirilir ki, artıq bu vəsaitlərin bir hissəsi nağdlaşdırılaraq mənimsənilib. Buna adi bir sübut olaraq bir il əvvəl 3 minlik avtomobildə gəzən Müqayis Verdiyevin hazırda 120 min manatlıq avtomobildə gəzdiyini də misal göstərmək olar. Ona sürücülərin və lakeylərin qulluq gösğərdiyi qeyd olunur.
Vəziyyəti ağırlaşdıran digər fakt isə hər gün Sumqayıt icra hakimiyyətinin qarşısına etirazçıların yığışması və maşşlarını tələb etmələridir. Icra başçısı və can – ciyər quda Akiz Zeynalovun onların 3 aylıq maaşlarını yeməsi narazılıqların səngiməyəcəyini göstərir. Zakir Fərəcovun bu özbaşnalığı Sumqayıtda vətəndaşları iqtidardan narazı salmağa xidmət edir desək yanılmarıq. Eldar mahmudov və Akif Çovdarovun yaxın dostu görəsən onların qisasını kimdən almaq istəyir?
Mövzuya qayıdacağıq.
İkram Rafiqoğlu
Realliq.info və Reallıq qəzetinin baş redaktoru.
Oxşar xəbərlər