Рейтинг@Mail.ru
Tarix : 22-09-2016, 11:16 | Bölmə: cemiyyet

Zakir Fərəcov tanınmış jurnalisti məhkəməyə veribİkram Rafiqoğlu: “ Məhkəməyə müraciət edənlər olmayan şərəfi necə müdafiə edə bilərlər, anlamıram”

Tanınmış jurnalist, “Reallıq” qəzeti və Realliq.info saytının rəhbəri İkram Rafiqoğlu, Sumqayıt şəhər İcra başçısının qanunsuz əməllərindən silsilə yazılar dərc etdiyi üçün məhkəməyə verilib. Maraqlıdır ki, icra başçısı jurnalistdən qisas almaq üçün ətrafındakı qüvvələri səfərbər edib. Hətta qohumlarını da bu işə qatan Zakir Fərəcov məqsədinə çatmaq üçün jurnalistin həbsinə çalışmaqdadır. Jurnalistə qarşı Sumqayıt şəhər məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıran şəxslərin icra başçısının yaxınları olduğuna şübhə yoxdur. Hətta, məhkəməyə sumqayıtlılar adından müraciət edən vətəndaşların da Zakir Fərəcovun qohumları və yaxınları olduğu təsdiqini tapıb. Onlar icra başçısının şərəf və ləyaqətinin müdafiəsinə qalxıblar.

Bunların arasında, Sumqayıtda dövlətin milyonlarını mənimsəyən və vaxtilə Zakir Fərəcovu təhqir edən Vüqar Qələndərov adlı şəxs də var. Xatırladaq ki, Vüqar Qələndərov Sumqayıtda “Ən Ucuz” marketlər şəbəkəsinin rəhbəri olmaqla yanaşı həm də milyonlarla vəsaiti dövlətdən mənimsəyərək Zakir Fərəcovla şərik biznes əlaqələri qurub. V.Qələndərov icra başçısının kürəkəni Kənan Zeynallını da ticarət mərkəzlərinin birinə şərik edib. Xatırladaq ki, Kənan Zeynallı, Zakir Fərəcovun qudası Akif Zeynalovun oğlu olmaqla yanaşı “Atabankın” Sumqayıt filialının rəhbəridir.

Məsələ ilə bağlı İkram Rafiqoğlunun fikirlərini öyrənə bildik. İkram bəy baş verənlərin gülünc bir proses olduğunu və onun Sumqayıt şəhər məhkəməsinə verilməsini qanuna zidd olduğunu qeyd etdi; “İlk öncə bildirim ki, mənim Sumqayıt şəhər məhkəməsinə verilməyim və xüsusi ittiham qaydasında aparılan prosesə çağırılmağım qanuna ziddir. Lakin bu prosesdə iştirak edəcəyəm. Məhkəməyə müraciət edənlər olmayan şərəfi necə müdafiə edəcəklər bilmirəm. Dövlətini aldadıb onun varını mənimsəyənlər saxrtakarlıq etdikləri sənədlərdə analarının adını yazırlarsa, onların adını hakim görəsən necə adlandıracaq?

Məni məhkəməyə verənlər Sumqayıt şəhər İcra başçısı Zakir Fərəcovun qohumlarıdır. Onlar iddia edirlər ki, mən onları və icra başçısını təhqir etmişəm və cinayət məsuliyyətinə cəlb olunmalıyam. Əslində Zakir Fərəcovun bu qədər düşüncəsiz addım atacağını fikirləşmirdim. Onu az da olsa ağıllı adam bilirdim. Lakin nə etmək olar. Onun şərəf və ləyaqətinin müdafiəsinə qalxanlar arasında Vüqar Qələndərov adına rast gələndə anladım ki, icra başçısı çarəsizdir. Əgər elə olmasaydı Zakir Fərəcov bir zamanlar onu təhqir edən şəxsə indi etibar etməzdi. Yəqin icra başçısı onun və qanunsuz əməlləri haqqında yazdığım yazıları bu yolla dayandırıcağıma və həqiqətlərə göz yumacağımı düşünür. Amma yanılır. Nə zamana qədər Zakir Fərəcov bu dövlətə xəyanət edib millətin var-dövlətini talayıb öz qohumları arasında bölüşəcək o an susmaq bizə yad olacaq. Ona görə əmin olun ki, Sumqayıtlıların canı bu şəxsdən xilas olana qədər mən susmayacağam. Məhkəmə prosesi ilə bağlı sabah geniş yazım olacaq. Orda kimin nə işlər gördüyü və Zakir Fərəcovun ermənilərlə işbirliyindən bəhs olunacaq”.

Biz ümid edirik ki, məhkəmə məsələyə ədalətli yanaşacaq və jurnalistin həyatı üçün yaradılan təhlükənin səbəbkarına çevrilməyəcək. Qanunlara hörmət hər bir vətəndaşın, eləcədə qanunlara söykənib qərar verən hakimlərin də borcudur.

Mövzunu diqqətdə saxlayacağıq.
Oxşar xəbərlər