Рейтинг@Mail.ru
Oxunub : 345 | Tarix : 30-09-2016, 15:10 | Bölmə: cemiyyet

Bakı Apelyasiya məhkəməsində növbəti qanunsuzluqHakim Vüqar Məmmədov dələduzu məhkəmə zalından azad etdi
Son zamanlar ölkə mediasında Bakı Apelyasiya məhkəməsinin hakimlərinin hamını şoka salan və qanundan kənar qərarları haqqında silsilə yazılar dərc olunur. Dünən Realliq.info –ya belə qərarlarla bağlı növbəti şikayət ərizəsi daxil olub.
Binəqədi rayon sakini Meybullayev Mirbala Realliq.info – ya müraciətində qeyd edir ki, Hüseynova Yeganə Əliağa qızı, Vəliyev Nəcəf Xədərnəbi oğlu və İbrahimov Balayar Ağayar oğluözəlləşdirmək hüququ ilə onların qanuni istifadəsində olan, ümumi sahəsi 1800 kv. metr olan torpaq sahələrini notariat qaydasında təsdiq edilmiş əqd üzrə ona satmışlar. Meybullayev Mirbala həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa edib və sonra maddi vəziyyətilə əlaqədar həmin mülki satmaq qərarına gəlib. Bu zaman Əsgərov ələsgər Hüseyn oğlu adlı bir nəfər həmin torpaq sahəsinə və mülkə müştəri çıxıb. Peşəkar dələduz olan Əsgərov Ələsgər Mirbalaya yalançı vədlər verib onu aldatmış və qiyməti 100 000 manata razılaşdırılmış torpağı və fərdi yaşayış evini cəmi 7000 manat verməklə ələ keçirmiş və dələduz əməllərini davam etdirərək ələ keçirdiyi mülki və torpaq sahəsini hissələrə bölüb sənədsiz heç bir hüquqa malik olmadığı halda başqa şəxslərə satmışdır. Təkrar dələduzluq edib həmin şəxslərdən də küllü miqdarda pul alıb mənimsəmişdir.
Realliq.info qeyd edir ki, göstərilən dələduzluq fakti ilə bağlı Ələsgər Əsgərov barəsində Bakı şəhəri Baş Polis İdarəsində AR CM-nin 178.3.2 – ci maddəsi iləı cinayət işi başılanmış və toplanmış ilkin sübutlar əsasında ona həmin maddə ilə ittiham verilmişdir. Bakı şəhər prokurorunun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə Ələsgər Əsgərov barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir.
Ə.Əsgərov Binəqədi rayon məhkəməsinin barəsində həbs qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apelyasiya məhkəməsinin hakimi Vüqar Məmmədovun 23.09.2016 – cı il qərarı ilə birinci instansiya məhkəməsinin qanuni qərarı ləğv edilib və ağır cinayətdəittiham olunan təhlükəli dələduzu heç bir qanuni əsas olmadan həbsdən azad etmişdir.
Məslə ilə bağlı vətəndaşın müraciətində bir sıra haqlı məqamların olduğuna əsalar var. Birincisi, məhkəmə təcrübəsindən müəyyən olunur ki, ağır cinayətlər törətmiş şəxslər barəsində bir qayda olaraq həbs – qəti imkan tədbiri seçilir. Əgər hakim qanunlara hörmətsizlik edib, şəxsi maraqlarını əsas tutaraq dələduz və ya cinayətkara bəraət verirsə bu şübhələrin əsaslı olduğuna şərait yaradır. Bu mənada hakim Vüqar Məmmədovun bir neçə gün öncə qəbul etdiyi qanunsuz qərar onun şəxsi maraqlarına xidmət etdiyini təsdiqləyir.
Realliq.info – hakim Vüqar Məmmədovun icraatında olan cinayət işlərinə nəzər yetirib və faktlar göstərir ki, daha yüngül cinayət törətmiş, öhdəsində azyaşlı uşağı olan, sağlamlığında problem olan və ya ağır xəstəlikdən əziyyət çəkən şəxslərə mərhəmətlik nümayiş etdirilmir. Lakin barəsində heç bir yüngülləşdirici hal olmayan, ağır cinayət törətmiş Əsgərov Ələsgər kimisinə mərhəmət göstərilir və həbsdən azad edilir.
Qəribədir, hakim Vüqar Məmmədovun məhkəmə adına yaraşmayan, ədalətə qarşı olan qərarları müzakirə olunmur, aidiyyatı qurumlar susur. Bu zaman Bakı Apelyasiya məhkəməsi ədalətsizlik yuvasına çevrilir ki, bu da insanların məhkəməyə inamını sarsıdır. Qanunlara öz şəxsi maraqlarının öhdəçisi kimi baxan Vüqar Məmmədovun məhkəməni arzularının mülkinə çevirməsi haqlı narazılıqlara əsas yaradır. Sual oluna bilər, AR CM-nin ən ağır maddələrindən biri ilə ittiham olunaraq həbs olunan dələduz Əsgərov Ələsgər hakim Vüqar Məmmədovun “mərhəmətini” necə qazanıb? Necə olur ki, CM –nin 178.3.2 – ci maddəsi ilə həbsdə olan cinayətkar hakimin “sevimli dostuna” çevrilir və bəraət alır. Görünən odur ki, Vüqar Məmmədov hakim adına yaraşmayan və heç bir qanuni əsası olmayan qərarı qəbul edərkən evinə əli və cibi dolu gedib.
Vətəndaş Meybullayev Mirbala Realliq.info vasitəsilə Ölkə başçısına, Məhkəmə Hüquq Şurasına və digər aidiyyatı qurumlara müraciət edərək Bakı Apelyasiya məhkəməsinin hakimi Vüqar Məmmədovun qanunsuz əməllərinin araşdırılması və tədbir görülməsinə tapşırıq verilməsini xahiş edir. Biz də vətəndaşın müraciətinə qoşulur, ədaləti və qanunları məhkəmə binasında ayaq altına alan hakimin cəzalandırılmasını aidiyyatı qurumlardan xahiş edirirk.
Mövzuya qayıdacağıq.

Realliq.info
Oxşar xəbərlər