Рейтинг@Mail.ru
Oxunub : 299 | Tarix : 12-10-2016, 10:28 | Bölmə: cemiyyet

Azərbaycanda ticarət mərkəzi yanır (YENİLƏNİB) - FOTO/VİDEOŞəki şəhərinin mərkəzi bazarında yanğın hadisəsi baş verib.
Yanğın hadisəsi ilk olaraq bazarın ət satılan hissəsinin qarşısındakı paltar mağazasından başlayıb və alovun miqyası böyüyərək digər mağazalara da keçib.
Paltar mağazasında qısaqapanma baş verib və nəticədə yanğın başlayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını almağa çalışsalar da, yanğını söndürmək hələlik mümkün olmayıb. Əhalinin təhlükəsizliyi üçün əraziyə polis əməkdaşları da cəlb edilib. (trend)
***
Şəki şəhərində bazarda sahibkarlara məxsus qarışıq mallar satılan hissədə yanğın baş verib. Sahibkarlara külli miqdarda ziyan dəydiyi ehtimal olunur.
Bu gün səhər saatlarında bazarda başlayan yanğın az müddətdə geniş əraziyə yayılıb. Yanğını söndürmək üçün dərhal hadisə yerinə Şəki DYMH-nin canlı qüvvəsi və texnikası ilə yanaşı, Qax və Evlax rayonlarından da DYMH-nin yanğınsöndürənləri cəlb olunub.
Hələ ki, yanğının qarşısını almaq mümkün olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində səy göstərilir. Yanğının söndürülməsi üçün mülkü vətəndaşlar da kömək göstərir.
Son məlumatlara görə, yanğın 1000 kv.m ərazini əhatə edir. Sahibkarlara küllü miqdarda ziyanın dəydiyi ehtimal olunur. (ARB)
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, bu gün saat 07.00 radələrində Şəki bazarının sahibkarlara məxsus qarışıq mallar satılan hissəsində yanğın başlayıb.
Yanğının irimiqyaslı olduğu nəzərə alınaraq hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyətləri ilə birgə ətraf Qax, Oğuz və Yevlax rayonlarının DYMH-nin texnikası və şəxsi heyəti cəlb edilib.
Hazırda yanğın nəzarət altına alınıb. İlkin məlumata görə, yanğın nəticəsində sahibkarlara məxsus ümumi sahəsi 1200 kv.m olan ticarət obyektləri içərisindəki mallarla birlikdə yanaraq yararsız hala düşüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır. (apa)
***
Şəki bazarında yanğın baş verib.
Yanğın bir neçə dəqiqə bundan əvvəl başlayıb. Nəticədə ticarət mərkəzinin bir hissəsi yanıb.
Alovun söndürülməsinə Qax və Şəki rayonlarının yanğınsöndürənləri cəlb edilib.
Yanğının hazırda davam etdiyi bildirilir. (report)

Azərbaycanda ticarət mərkəzi yanır (YENİLƏNİB) - FOTO/VİDEO
Azərbaycanda ticarət mərkəzi yanır (YENİLƏNİB) - FOTO/VİDEO
Azərbaycanda ticarət mərkəzi yanır (YENİLƏNİB) - FOTO/VİDEO
Azərbaycanda ticarət mərkəzi yanır (YENİLƏNİB) - FOTO/VİDEO
Oxşar xəbərlər