Рейтинг@Mail.ru
Tarix : 13-10-2016, 13:26 | Bölmə: cemiyyet

Azərbaycandan 800 min dollar aparmaq istədilər - Gömrükdə əməliyyatTovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi "Mercedes E Class" markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin "Sınıq Körpü" gömrük postunda gömrük baxışı keçirilib

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən unikal.org-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycandan 800 min dollar aparmaq istədilər - Gömrükdə əməliyyat
Azərbaycandan 800 min dollar aparmaq istədilər - Gömrükdə əməliyyat
Azərbaycandan 800 min dollar aparmaq istədilər - Gömrükdə əməliyyat
Oxşar xəbərlər