Рейтинг@Mail.ru
Oxunub : 224 | Tarix : 15-10-2016, 10:55 | Bölmə: cemiyyet

Azərbaycanın 2 ən nəhəng ticarət mərkəzi çökdüAzərbaycanın 2 ən nəhəng - Sədərək və Binə ticarət mərkəzləri iflas həddindədir. Devalvasiya ticarət mərkəzlərini çökdürüb

Bunu istiqlal.az-a ticarət mərkəzlərində işləyən satıclar deyib.

Xaricdən ölkəyə mal gətirən bütün ticarətçilər kimi onlar da dolların qalxması ilə ciddi ziyana düşüblər. Dolların kəskin bahalaşması “Sədərək” və "Binə"də ticarəti demək olar ki, sıfıra endirib.

Ticarətçilərin dediyinə görə, bazarın sahibləri ilə böhrandan çıxmaq üçün məsləhətləşmə başlayıb: Əvvələr güzəşt anlayışını yaxına buraxmayan rəhbərlik indi vəziyyətdən maksimum az ziyanla çıxmaq üçün ticarətçilərlə danışıqlar aparır: "İcarə haqlarının azaldılması, kommunal xidmətlər üzrə ödənişlərin birgə qarşılanması (əvvəllər kommunal xərclər yalnız ticarətçilərin hesabına ödənilirdi), borcların güzəştli şərtlərlə ödənilməsi ilə bağlı danışıqlar gedir. Bazar sahibləri ümid edir ki, bununla tam olmasa da, qismən ticarət dövriyyəsini bərpa etmək və iflasdan qaçmaq mümkün olacaq. Hərçənd ki, bazarın əsas müştəriləri olan Dağıstan tacirləri Rusiyadakı məlum vəziyyətlə bağlı müflis olublar. Yerli alıcıların da əksəriyyəti sıradan çıxıb. Xüsusi ilə də rayonlardan topdansatış mağazalarına gələn kiçik ticarətçilərin sırası ciddi şəkildə seyrəlib. Yalnız Bakı və Abşeronda yaşayan və ailəsi üçün bazarlığa gələn müştərilərə ümid qalıb ki, onların da sayı azalmaqdadır" - deyə mənbə vurğulayıb.

Mənbənin məlumatına görə, yeni devalvasiya təhlükəsindən ehtiyatlanan ticarətçilər mal gətirməyə risk etmirlər: "Çünki "bonkrot" olmaq ehtimalı yüksəkdir. Ümumiyyətlə, hər iki ticarət mərkəzində fəaliyyət növünü dəyişmək və ərzaq məhsulları ticarətinə keçmək düşüncəsi dominantlıq təşkili edir. Ancaq əhalinin alıcılıq qabiliyyətinin günbəgün zəifləməsi bunu da riskli edir" - deyə mənbə bildirib.
Oxşar xəbərlər