Рейтинг@Mail.ru

Oxunub : 483 | Tarix : 29-01-2013, 12:51 | Bölmə: cemiyyet

Abel Məhərrəmova bağlı korrupsiya: rektorun rüşvətyığanlarıRektorun “test”indən keçməyən müəllimlərdən BDU-dakı işlərini itirməməyin qarşılığında 10 min manatdan 30 min manatadək rüşvət alınıb
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov barədə “azerinews.tv”a ilginc məlumatlar daxil olub. Abel Məhərrəmovun istər hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyində təmsil olunan bir şəxs kimi, istər də Milli Məclisin deputatı və BDU-nun rektoru kimi bu gün onun “qılınc”ının dalı da qabağı da kəsir. Məlumatlara görə, bir müddət əvvəl Abel Məhərrəmov özünün “üstün” imtiyazlarından istifadə edərək ölkə qanunlarına tüprürərək BDU-nun müəllimlərini atesstasiyadan keçirib. Bu zaman isə çoxsaylı qanun pozuntularına yol verilib. Belə ki, rektorun “test”indən keçməyən müəllimlərdən BDU-dakı işlərini itirməməyin qarşılığında 10 min manatdan 30 min manatadək rüşvət alınıb. Bir qrup müəllimə isə imtahana düşən sualların cavabları öncədən rektorun yaxın adamları tərəfindən yenə həmin məbləğin (10-30 min AZN) qarşılığında satılıb. Məlumatlarda daha sonra qeyd edilir ki, A.Məhərrəmov bu işi Fizika-riyaziyyat elmləri namizədi, BDU-nin Maddə quruluşu kafedrasının professoru Məmməd Məmmədova həvalə edib: “Abel Məhərrəmovun yaxın qohumu Məhəmməd İmanlı həbs olunandan sonra Məmməd Şıxəli oğlu onun “sağ əli” olub. Test suallarının cavabı da Məmməd Məmmədovun vasitəsilə satılıb. Məmməd Məmmədovla yanaşı tədris işləri üzrə prorektorun müavini, dosent İsabal Qurbanov və tədris hissəsinin rəisi, 67 yaşında namizədlik müdafiə edən İbad İbadov da BDU-dakı “rüşvət şəbəkəsi”nin aktiv üzvlərindən hesab olunur. “Abel Məhərrəmova verilən rüşvət məhz həmin şəxslərin əlindən keçir”, – deyə mənbə bildirir.
“azerinews.tv”a daxil olan məlumatlarda həmçinin bildirilir ki, bir neçə il öncə Elşad Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universitetindən (ABU) rüşvət aldığı üçün qovulan Bəylər Hacıyevin də hazırda rüşvət hesabına BDU-da “İngilis dili” kafedrasında çalışdığı qeyd olunur. Bəylər Hacıyev isə hazırkı vəzifəsinə məhz 30 min AZN qarşılığında sahib olduğu deyilir.
Aygün Məmmədova, xüsusi olaraq azerinews.tv
Abel Məhərrəmova bağlı korrupsiya: rektorun rüşvətyığanları
Oxşar xəbərlər