Рейтинг@Mail.ru
Oxunub : 2744 | Tarix : 25-11-2016, 14:11 | Bölmə: cemiyyet

Dəhşətli QƏZA : Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLARAzərbaycanlı məmurun qohumu BMW X6-nı İsveçrədə gölə aşırdı, məşhur biznesmenin qızı ilə birlikdə həlak olub.

Azerinews.tv xəbər verir ki, qəza zamanı Azər Yaqubovun idarə etdiyi BMW X6 avtmobili Luqano gölünə düşüb. Cəsədləri xilasedicilər gölün dibindən çıxarıblar. Daha sonra xüsusi texnika avtomobilin özünü də göldən çıxarıb. Qəzanın dəqiq səbəbi məlum deyil, ancaq ehtimal olunur ki, avtomobil yüksək sürətlə hərəkətdə olarkən gölə aşıb.

Bundan əvvəl life.ru qəzada həlak olan gəncin adını Eyyub Yaqubov kimi göstərmişdi və fotolarını yaymışdı. Lakin digər mənbələr göstərir ki, həmin fotolar həlak olan gəncin qardaşına aiddir. Qəzada həlak olan Azər Yaqubovdur. Onun İnstagram səhifəsindən götürülmüş fotosunu və qəzaya uğramış avtomobilin göldən çıxarılmasının görüntülərini təqdim edirik:

Rusiyanın YUKOS neft şirkətinin (artıq ləğv edilib) keçmiş sahibi Mixail Xodorkovskinin ortağı, biznesmen Platon Lebedevin nəvəsi azərbaycanlı məmurun oğlu ilə İsveçrədə baş vermiş avtomobil qəzasında həlak olub.

virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Diana Lebedeva qəza zamanı avtomobildə Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin 23 yaşlı qohumu Azər Yaqubovla birlikdə olub.

Xəbərə görə gənclərin içərisində olduğu avtomobil Luqana gölünə düşüb, avtomobili bir neçə saatdan sonra tapmaq mümkün olub. Artıq Yaqubovun qohumları cəsədin tanınması proseduranda iştirak etmək üçün İsveçrəyə yola düşüblər. Valideyinlərinin bildirdiyinə görə, Azər Yaqubov 9 yaşından İsveçrənin Luqano şəhərində yaşayırdı v magistraturanın birinci kursunda oxuyurdu. Atasını dediyinə görə, Azər heç vaxt spirtli içki içən olmayıb. Onun Diana Lebedeva ilə dostluq münasibətlərinin olduğu bildirilir. Cəsədlərin tezliklə Rusiyaya gətiriləcəyi gözlənilir.

virtualaz.org qeyd edir ki, Platon Lebedevin 19 yaşlı nəvəsi Diana Lebedeva Moskvanın "qızıl gəncliyinə" daxil idi və özünün dəbdəbəli həyat tərzi ilə tanınırdı. Sosial şəbəkələrdə onun dəbdəbəli həyat tərzini əks etdirən çoxsaylı fotolar yer alır.

Diana ilə birlikdə qəzada həlak olan azərbaycanlı məmur oğlunun isə Luqanodakı Amerika məktəbi TASİS-də təhsil aldığı göstərilir. Bəzi mənbələr onun Azər Yaqubov yox, Eyyub Yaqubov olduğunu bildirir. Atası deyir ki, oğlu ilə sonuncu dəfə hadisədən bir gün əvvəl danışmışdı və hər şey normal idi. Qəza zamanı avtomobili Yaqubovun idarə etdiyi bildirilir.

Qəzada həlak olan azərbaycanlı gəncin qohumu olan Sübhi Şıxlinski bu yaxınlarda Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən "Vətənə xidmət” ordeni ilə təltif olunub. O, 1964-cü ildə indiki Şəmkir rayonunda anadan olub, Moskva Dövlət Universitetini bitirib və uzun müddətdir Rusiyada dövlət vəzifələrində işləyir.

O, Rusiya hökumətinin Federasiya işləri üzrə nazirinin müavininin müşaviri, milli siyasət nazirinin Katibliyinin rəhbəri, Rusiya hökuməti Aparatının şöbə müdiri və digər vəzifələrdə işləyib. İstisna deyil ki, o, Rusiyadakı azərbaycanlı diasporunun liderlərindən Şahin Şıxlinskinin qohumudur və məşhur Şıxlinskilər nəslindəndir.

Qeyd edək ki, Platon Lebedev 2003-cü ildə Mixail Xodorkovski ilə birlikdə həbs olunub. Ona qarşı iri məbləğdə vergidən yayınma ittihamı irəli sürülmüşdü. Lebedev 10 il yarım həbsdə qaldıqdan sonra 2014-cü ildə azadlığa çıxıb.
Dəhşətli QƏZA : Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR
Dəhşətli QƏZA : Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR
Dəhşətli QƏZA : Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR
Dəhşətli QƏZA : Azərbaycanlı məmurun oğlu məşhur biznesmenin qızı ilə birgə öldü - FOTOLAR

Oxşar xəbərlər