Рейтинг@Mail.ru

Oxunub : 149 | Tarix : 7-12-2016, 16:31 | Bölmə: cemiyyet

Xarici dövlətlərin ölkəmizdə hərbi attaşeləri ilə toplantısı keçirilibAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 7-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib.
Azerinews.tv Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, toplantıda 30 ölkədən 32 nümayəndə iştirak edib.
Müdafiə naziri adından toplantı iştirakçılarını salamlayan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrimizdə aparılan islahatlar, inkişaf perspektivləri, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib. İdarə rəisi hərbi attaşelərin suallarını cavablandırıb.
Xarici dövlətlərin ölkəmizdə hərbi attaşeləri ilə toplantısı keçirilib
Bakı Hərbi Attaşelər Assosiasiyasının duayeni, Rumıniya Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Rodin Lazariou həmkarları adından bu cür tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Xarici dövlətlərin ölkəmizdə hərbi attaşeləri ilə toplantısı keçirilib
Oxşar xəbərlər