Рейтинг@Mail.ru
Tarix : 29-12-2016, 14:34 | Bölmə: cemiyyet

Cəbhədə toqquşma : əsgərimiz itkin düşdü, düşmən xeyli sayda itki verdiDekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azerinews.tv - yə verilən məlumata görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcək.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 hərbçi itirdiklərini açıqlayıb.
Oxşar xəbərlər