Рейтинг@Mail.ru

Oxunub : 379 | Tarix : 16-04-2016, 10:23 | Bölmə: cemiyyet

Narkomanlar məcburi müalicə olunacaq


Milli Məclis qanunvericiliyə dəyişikliyi təsdiqlədi


Milli Məclisin iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Dəyişiklik razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsi ilə bağlıdır. İndiyə qədər qüvvədə olan qanuna əsasən cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilib.

Dəyişikliyə cinayət törətməmiş şəxslərlə bərabər, inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Mülki Prosessual Məcəlləyə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilməsini nəzərdə tutur. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Oxşar xəbərlər