Рейтинг@Mail.ru
Tarix : 3-05-2016, 22:03 | Bölmə: cemiyyet

Prezident sərəncam verdi


Prezident çoxmənzilli binaların təmirinə 2 milyon manat ayırıb.
Azərbaycan prezidenti İlham Əliyev Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

apa.az
Oxşar xəbərlər