Рейтинг@Mail.ru
Tarix : 16-07-2017, 13:02 | Bölmə: dunya

Türkiyədə keçirilən mitinqdə 6 nəfər yaralandı

Türkiyənin paytaxtı Ankara şəhərində 2016-cı ilin 15 iyul tarixində baş verən dövlət çevrilişinə cəhd hadisəsinin ildönümü münasibətilə yüzminlərlə insan mitinq keçirib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, dinc mitinq zamanı 6 nəfər xəsarət alıb.
Buna uçuş aparatının (dron) çəkiliş zamanı mitinq iştirakçılarının üzərinə düşməsi səbəb olub. Yaralanan 6 nəfərə ilkin tibbi yardım göstərilib.
Əsas yürüş İstanbul və Ankarada baş tutub. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım da iştirak edib.
Oxşar xəbərlər