Zəfəroğlu İnşaat rəhbərinin keçmiş MTN-lə iş birliyi üzə çıxdı - TƏFƏRRÜATZəfəroğlu İnşaat rəhbərinin keçmiş MTN-lə iş birliyi üzə çıxdı - TƏFƏRRÜATTaleh Qaraşovla Müşviq Rəhimov ifşa oldu - Prezidentin Lənkəran səfərinin DETALLARITaleh Qaraşovla Müşviq Rəhimov ifşa oldu - Prezidentin Lənkəran səfərinin DETALLARINAZİRİN NƏZƏRİNƏ: Ağcəbədi təhsilində braziliya serialı kimi sevgi hekayəsi- BIABIRÇILIQ (AUDİO)NAZİRİN NƏZƏRİNƏ: Ağcəbədi təhsilində braziliya serialı kimi sevgi hekayəsi- BIABIRÇILIQ (AUDİO)Göyçay Avtonəqliyyat ASC-nin sədrindən Mlli Şuraya dəstək: Arif Əliyevin 23 sentyabr TƏXRİBATI - VİDEOFAKTGöyçay Avtonəqliyyat ASC-nin sədrindən Mlli Şuraya dəstək: Arif Əliyevin 23 sentyabr TƏXRİBATI - VİDEOFAKTİcra başçısının SƏLƏMÇİ müavini Rasilə Əliyeva baxçalara TAS qoyub - LƏNKARANDAİcra başçısının SƏLƏMÇİ müavini Rasilə Əliyeva baxçalara TAS qoyub - LƏNKARANDAYevlaxda 300 hektar torpaq  DAVASI: Polkovnik Balakişi Əhmədovla icra başçısı düşmən oldu -TƏFƏRRÜATYevlaxda 300 hektar torpaq DAVASI: Polkovnik Balakişi Əhmədovla icra başçısı düşmən oldu -TƏFƏRRÜATAbşeron rayon təhsilində rüşvət oyunu – Kəmalə Yusubova  24 saat dərs və sinif rəhbərliyini 1000 manata satır- ŞİKAYƏTAbşeron rayon təhsilində rüşvət oyunu – Kəmalə Yusubova 24 saat dərs və sinif rəhbərliyini 1000 manata satır- ŞİKAYƏTLotu Quli və Dato Ağcabədinski arasında savaş qızışır — Cavidin “oğru” revanşıLotu Quli və Dato Ağcabədinski arasında savaş qızışır — Cavidin “oğru” revanşıBaş həkim həbsdən necə qurtuldu - icra başçısına hər ay verilən  10 min manatın GİZLİNLƏRİBaş həkim həbsdən necə qurtuldu - icra başçısına hər ay verilən 10 min manatın GİZLİNLƏRİDYP əməkdaşı 200 manat pul istədi olmadı, maşını əlindən alınan Rahim nazirdən kömək istəyir - MÜRACİƏTDYP əməkdaşı 200 manat pul istədi olmadı, maşını əlindən alınan Rahim nazirdən kömək istəyir - MÜRACİƏTİmşli DSMF nin əməkdaşı əlildən pul tələb etdi - VİDEOFAKTİmşli DSMF nin əməkdaşı əlildən pul tələb etdi - VİDEOFAKTÇovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)Çovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)Prezident 20 nömrəli məktəb-liseyin yeni binasının açılışındaPrezident 20 nömrəli məktəb-liseyin yeni binasının açılışındaDSMF-nin Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyevin koorrupsiya əməlini Əjdər Cəbiyev ört - bastır edir - NAZİRƏ ŞİKAYƏTDSMF-nin Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyevin koorrupsiya əməlini Əjdər Cəbiyev ört - bastır edir - NAZİRƏ ŞİKAYƏTLənkəranda «saxta sənəd» böhranı: İcra başçısı köməkçisin qapılara salıb -TƏFSİLATLənkəranda «saxta sənəd» böhranı: İcra başçısı köməkçisin qapılara salıb -TƏFSİLAT
Рейтинг@Mail.ru
Tarix : 19-08-2017, 13:43 | Bölmə: dunya

Ermənistan ordusunda növbəti intihar dalğası: "Qarabağ bizim deyil"

Son zamanlar Ermənistanda əsgər ölümləri faktı getdikcə artmaqdadır. Orduda, xüsusilə, intihar və zorakılıq hadisələri daha çox qeydə alınır.
Ötən günlərdə Ermənistanın Şirak vilayətinin Hastik kəndində Abas Sloyan adlı əsgərin intihar etməsi xəbəri yayılıb. O, Armavir şəhərində birlikdə xidmət etdiyi yoldaşları tərəfindən fiziki zorakılığa və təhqirlərə məruz qalıb. Daha sonra buna dözməyərək kazarmadan qaçıb və əmisinin evinə gedib. 19 yaşlı əsgər burada özünü asaraq intihar edib.
Buna bənzər başqa bir hadisə isə Ermənistanın Nubaraşen hərbi hissəsində qeydə alınıb. Burada xidmət göstərən Vardan Melkonyan adlı əsgər intihar edib. Əsgərin yaxınları isə onun öldürüldüyünü iddia ediblər.
Bütün bu hadisələr Ermənistanda kəskin narazılıqlara səbəb olub. Müdafiə Nazirliyi və hökumət binası qarşısına toplaşan vətəndaşlar övladlarının boş yerə ölümə göndərən hökumətin istefasını tələb edib. Əsgərlərin valideynləri bildiriblər ki, onların övladları müharibədən ya əlil kimi qayıdır, ya qətlə yetirilir, ya da intihar etmək həddinə çatdırılırlar. Onlar övladlarını Qarabağda vuruşmaqdan yayındırmaq niyyətilə bütün ölkəyə müraciət ünvanlayıblar:
"Qarabağ onsuz da bizim torpağımız deyil! Uşaqlarınızı rejimin qurbanına çevirməyin. Onları orduya göndərməyin!"
Siyasi ekspert Elxan Şahinoğlu erməni xalqının narazılıqlarının iki səbəbi olduğunu qeyd etdi:
"Ermənistandakı narazılıqların məğzi ondan ibarətdir ki, ordunun əsgərləri Ermənistan naminə həlak olmurlar. Başqasına aid torpaqlarda hökumətin mənafeyi naminə məhv olurlar. Bu fakt da onların valideynlərində və ümumilikdə ölkədə haqlı narazılıqlara səbəb olur.
Ermənistanda demoqrafik vəziyyətin getdikcə ağırlaşması da etirazlara ciddi təsir göstərən amillərdəndir. Hökumət yaxın gələcəkdə orduya çağırmağa gənc tapa bilməyəcək. Çünki Ermənistan əhalisi sürətlə və bir daha qayıtmamaq şərtilə ölkəni tərk edir.
Bütün bu böhranlı vəziyyətlərə baxmayaraq, Ermənistan öz işğalçı siyasətindən əl çəkmir. Üstəlik, təxribatlara da davam edir.
Ermənistanda bu cür narazılıqların baş qaldırmasında Azərbaycan ordusunun böyük rolu var. Çünki ordumuz düşmənə təzyiq göstərdikcə qarşı tərəfdə problemlər yaranmağa başlayır.
Bu cür narazılıqlar ölkə daxilində də çaxnaşma yaradır və hətta, silahlı insidentlərə səbəb olur. Keçən ilin yay aylarında paytaxtda baş verən iğtişaşları buna misal gətirə bilərik".
Hərbi eskpert Azad İsazadə təkcə intihar cəhdlərinin deyil, döyüş vəziyyətlərinin çətinliyinin də Ermənistanm ordusuna ciddi itkilər verdiyini dedi:
"Ermənistanda bu proses uzun müddətdir ki, davam edir. Vətəndaşların iqtisadi baxımdan çöküş yaşaması azmış kimi, övladlarının da müharibədə həlak olması onlara ikiqat zərbə vurur.
Biz bu halların təkcə Ermənistanda deyil, Çeçenistanda da şahidi olmuşduq. Oradakı müharibə zamanı da əsgər analarının kəskin narazılıqları baş qaldırmışdı. Çünki hökumət müharibəyə azyaşlı, heç bir təcrübəsi olmayan uşaqları göndərirdi. Bu gün bu proseslər eyni nəticələrlə, fərqli motivlərdə Ermənistanda təkrarlanır"./publika.az
Oxşar xəbərlər