Рейтинг@Mail.ru
Tarix : 11-10-2017, 12:43 | Bölmə: dunya

Qaz, işıq, su daha pulsuz olmayacaq - Hökumətdən əmr

Güzəştlər ləğv edilir

Türkmənistan qənaət rejiminə keçir.

Ölkə prezidenti Qurbanqulu Berdimuhəmmədov təbii qaz, elektrik enerjisi, mənzil haqqı, nəqliyyat və kommunikasiya xidmətləri tariləri haqqında sərəncam imzalayıb.

Prezident bir neçə gün öncə Ağsaqqalar Şurasının iclasında çıxışında demişdi ki, müstəqilliyin ilk illərindən əhaliyə qaz, su, elektrik enerjisindən ödənişsiz istifadəyə imkan yaradılıb. Kommunal ödənişlər cüzi miqdarda təyin ediliblər.

O zamanlar "presidentsiz güzəştlərin" əsas hədəfi çətin iqtisadi vəziyyətin fonunda əhalinin yaşayış şəraitini bazar iqtisadiyyatına uyğunlaşmasını təmin etmək idi. Lakin artıq vəziyyət dəyişir. Hazırda Türkmənistanda əhalinin gəliri ildən-ilə artır, iş yerləri çoxalır. Bunun üçün də prezident kommunal xidmətlərə görə ödənişlərin mərhələli şəkildə icra edilməsi barədə təklifi qəbul edib.

Onun sözlərinə görə, indi əhalinin gəlirləri daha öncə pulsuz olan sosial xidmətlərə görə müəyyən ödənişlər etməyə imkan verir. Berdimuhəmmədov qeyd edib ki, hökumətin bir neçə il ərzində təbii sərvətlərdən istifadəyə görə ödənişləri müəyyən edib, güzəştləri ləğv etməyi təklif edən ağsaqqalları dinləməsi doğru olacaq.

Sərəncamda kommunal xidmətlərdən istifadəyə görə konkret məbləğ göstərilməyib.

Xatırladaq ki, ölkənin ilk prezidenti olan Saparmurat Niyazov qaz, elektrik, su və duzdan istifadəyə görə ödənişləri 1993-cü ildə ləğv edib. İlkin mərhələdə güzşətlər 10 illik idi. Lakin sonradan bu müddət 2030-cu ilə kimi uzadıldı.

Bu ilin iyun ayında Berdimuhəmmədov hökumətə bütün güzəştlərin ləğvi barədə təkliflər hazırlamağı tapşırmışdı.
sonxeber.az
Oxşar xəbərlər