Рейтинг@Mail.ru
Tarix : 6-08-2016, 11:17 | Bölmə: dunya

Ankara TƏŞVİŞDƏ: ABŞ hərbi helikopterləri Türkiyə sərhədində - FOTOABŞ-ın iki hərbi helikopteri Türkiyənin Suriya ilə sərhədində yerə enib.
Azerinews.tv Publika.az istinadən xəbər verir ki, Hatay vilayətinin Yayladağ bölgəsi ilə sərhəddə iki ABŞ hərbi helikopterinin görünməsi ciddi narahatlığa səbəb olub.
Bölgədə yaşayan kəndlilər dövlət qurumlarına bununla bağlı məlumat verib. Məlumata görə, helikopterlər təxminən iki saat boyunca neytral zonada qalıblar.
“Yeni Şafak” qəzetinin əldə etdiyi məlumata görə, Türkiyə hökuməti hərbi helikopterlərin sərhəddə görünməsi məsələsini araşdırır.
Hərbi helikopterlərin neytral zonaya enməsinin məqsədi hələ bəlli deyil.
Diqqətçəkən digər məqam son iki gündə ABŞ-a məxsus pilotsuz təyyarələrin Türkiyə sərhədinə yaxın ərazilərdə uçuş həyata keçirməsidir.
Ankara TƏŞVİŞDƏ: ABŞ hərbi helikopterləri Türkiyə sərhədində - FOTO
Oxşar xəbərlər