Рейтинг@Mail.ru

Oxunub : 949 | Tarix : 2-04-2016, 18:55 | Bölmə: dunya

Həmsədrlərdən cəbhədəki döyüşlə bağlı BƏYANATATƏT-in Minsk Qrupu həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pierre Andrieu Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində güc istifadəsini pisləyir və itkilər üçün kədərlənirlər. Həmsədrlərin yaydığı bəyanatda deyilir:

“Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində atəşkəs rejiminin genişmiqyaslı pozulması barədə xəbərlərə görə ciddi narahatıq. Biz gücdən istifadəni qətiyyətlə qınayırıq və insanların, o cümlədən mülki vətəndaşların mənasız ölümünə görə təəssüflənirik.

Tərəfləri atəşkəsə əməl etməyə və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq.”

ATƏT-in Minsk qrupunun həmsədrləri vurğulayıb ki, münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur və müharibə seçim variantı ola bilməz.
Oxşar xəbərlər