Рейтинг@Mail.ru
Oxunub : 286 | Tarix : 17-09-2016, 10:57 | Bölmə: dunya

Jirinovski Ərdoğanı devirmək istəyən dövlətin adını açıqladı“Türkiyədə 15 iyul hadisələrinin arxasında ABŞ dövləti dayanır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski bildirib.

Jirinovski deyib ki, ABŞ və Qərbi Avropa Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir: “Türkiyə və Rusiya Qərblə xeyli problemlər yaşayıb. Xatırlayırsızsa, 15 iyuldan öncə Ərdoğan Putinlə münasibətləri düzəltmək üçün cəhdlər edirdi. ABŞ bunu qəbul edə bilmədi və dərhal Ərdoğanı devirməyə çalışdı. Ancaq Rusiya 15 iyul hadisələri zamanı Ərdoğana öz dəstəyini göstərdi. Biz Qərbin Rusiyaya görə Türkiyəyə qarşı təzyiqlərini yaxşı anlayırıq. Ona görə də Rusiya Türkiyə ilə münasibətləri hər zaman yüksək olmalıdır. Türkiyə-Rusiya yaxınlaşması iki ölkəni daha da güclü edəcək”.

Vladimir Jirinovski Rusiya, Türkiyə, İran, Suriya və İraqdan ibarət olacaq koalisiyanın qurulmasını da təklif edib.
Oxşar xəbərlər