Рейтинг@Mail.ru

Oxunub : 163 | Tarix : 4-11-2016, 12:09 | Bölmə: dunya

Rusiya hüquq – mühafizə orqanları şokda, Lotu Quli indi ən güclü orduya malikdirRusiya hüquq-mühafizə orqanları Azərbaycan əsilli şəxslərdən təşkil olunmuş kriminal qruplaşma Moskva regionunda fəallığının artmasından narahat olmağa başlayıblar.
Xəbər verilir ki, bu barədə “Rosbalt” saytı yazıb.
Saytın yazdığına görə, kriminal şəbəkə iki mafiya klanının lideri – “qanuni oğru”lar Nadir Səlifov (Lotu Quli) və Vaqif Süleymanovun (Vaqif) bir araya gəlməsi nəticəsində formalaşıb. “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən bildirir ki, yeni kriminal konqlomerat yaranıb. Bura Lotu Quli, Vaqif Süleymanov və daha bir “qanuni oğru” Rəşad İsmayılov daxildir. “Lotu Quli” indi ən güclü orduya malikdir.
Öz növbəsində Vaqif və Rəşad Gəncəli Azərbaycan əsilli iri biznesmenlərlə geniş əlaqəyə malikdir. Bu biznesmenlər Moskva regionundakı iri ticarət və topdansatış mərkəzlərinin sahibləridir. Yeni klan bir-birinin ardınca yeni firma və biznesmenləri öz “krışa”sı altına yığır. Konqlomerat Moskva ətrafındakı rayonların kriminal mühitinə liderlik iddiasındadır. Yaranmış vəziyyət biznesmenlər üzərində nəzarəti itirən digər qruplaşmaların ciddi narazılığına səbəb olub. Artıq vəziyyətlə bağlı bəzi “razborka”lar olub. Güc strukturları yaxın zamanlarda müşayiət olunacaq mafiya fəallığının artmasını gözləyirlər.
Sayt yazır ki, bu yaxınlaradək Rusiyada dörd Azərbaycan kriminal klanının adını çəkmək olardı. Onlar öz qüvvələrinin bərabərliyinə görə, demək olar, bir-birilərinə yaxın idi. Birinci klana avtoritet Zaur Əliyev (Zayka) və qardaşları Azər ilə Əli başçılıq edirdi. Əliyev “kriminal general” Rəşad İsmayılova (Rəşad Gəncəli) yaxınlığı ilə tanınırdı. İkinci klana isə “qanun-oğru” Rövşən Caniyev (Rövşən Lənkəranski) liderlik edirdi. Üçüncü klana Nadir Səlifov (Lotu Quli), dördüncüyə Vaqif Süleymanov başçılıq edirdi. İlk üç klan xeyli sayda silahlı üzvə malik idi və onlar arasında mütəmadi olaraq silahlı atışma ilə müşayiət olunan “razborka”lar gedirdi.
Vaqifin öz “ordu”su yox idi, lakin başqa cür güc toplayırdı. İlk əvvəl o, “bosların bosu” Aslan Usoyana (Ded Xasan) yaxın idi, Usoyanın qətlindən sonra yeni “1 nömrəli qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) ilə əlaqə qurmağa başladı. 2014-cü ildə rəqibləri sıradan çıxarmaq prosesi başladı. Birinci Zayka sıradan çıxdı. Moskva Cinayət Axtarış İdarəsi Zaur Əliyevi və briqadasının dörd üzvünü şantaj, adam oğurluğu, banditizm və s. cinayətlərdə ittiham edərək həbs etdi. Daha sonra qardaşı “avtoritet” Azər həbsxanaya göndərildi. Həbsxanada isə Zaykanı döydülər. Bu hadisə mafioz dairələrdə “razborka” predmetinə çevrilmişdi. Bundan sonra Caniyev və Səlifovun barışması ehtimalından danışdılar. Lakin bu baş vermədi. Zayka və Azərin yoxluğunda klana qardaşları Əli başçılıq etdi. Lakin klan əvvəlki qüdrətini itirmişdi.
Onu kurasiya edən “qanuni oğru” Rəşad İsmayılov da Vaqiflə birgə layihələrinə diqqət ayırmağa başladı. Rövşən Caniyevin klanı isə son illər fasiləsiz konfliktlər içində idi. Əvvəlcə Lotu Quli ilə, sonra Vaqif ilə. Vaqif Şakro Molodoyun dəstəyini alaraq onunla bağlı olan bir çox topdansatış meyvə-tərəvəz satıcılarını öz tərəfinə çəkə bildi. Əvvəllər bu satıcılar Rövşən Lənkəranskinin “krışa”sı altında işləyirdilər. Caniyev ən yaxşı bacardığı fəndlərlə müdafiə olunurdu. Belə ki, bu ilin yazında silahlılar Lənkəranskinin topdansatış satıcılarını Vaqifin tərəfinə çəkən “göyərti kralı” Canpolad Şamiloğlunu güllələdilər. 2016-cı ilin iyulunda isə FTX Şakro Molodoyu həbs etdi. Bunun nəticəsində isə rəqibləri ilə müqayisədə kifayət qədər silahlı şəxsə sahib olmayan Vaqifin mövqeləri kifayət qədər zəiflədi.
“Rosbalt”ın hüquq-mühafizə orqanlarındakı mənbəsinə görə, bu məqamda Rövşən Lənkəranskiyə qarşı uğurla mübarizə aparmağı hədəf seçən yeni qruplaşma ortaya çıxdı. Birləşməyə bir tərəfdən “böyük qardaş” rolunda Lotu Quli, digər tərəfdən Vaqif Süleymanovla Rəşad İsmayılov daxil oldu. Lotu Quli hal-hazırda ən güclü “ordu”nun sahibi kimi tanınır. Öz növbəsində Vaqif və Rəşad Gəncəli Azərbaycan əsilli iri biznesmenlərlə geniş əlaqələrə malikdir. Bu biznesmenlər Moskva regionunda iri ticarət və topdansatış mərkəzlərinin sahibidir.
“Rosbalt”ın mənbəsinin sözlərinə görə, hər iki “qanuni oğru” əldə etdiklərinin üzərində dayanmaq fikrində deyillər və son zamanlar görünməmiş aktivlik göstərirlər. Onlar yeni firma və biznesmenləri öz “krışa”ları altına girməyə cəlb edirlər. Klanların birliyi Moskva ətrafı rayonlarda formalaşmış kriminal mühitə liderlik etməyə iddialıdırlar.
Avropa.info
loading...
Oxşar xəbərlər