Рейтинг@Mail.ru
Tarix : 11-11-2016, 12:15 | Bölmə: dunya

Sarkisyan Trampı Qarabağ ermənisi çıxartdıRusiyanın "Nezavisimaya" qəzeti ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla bağlı sensasion iddia ilə çıxışı edib.

Azerinews.tv azvision.az-a istinadən xəbər verir ki, "MDB məkanında qaynar nöqtələrdə münaqişə tərəfləri ABŞ-ın yeni prezidentə ümid edir" başlıqlı məqalədə Trampın əslən "Dağlıq Qarabağ"dan olduğu qeyd olunub.

"Ermənistan prezidenti Serj Sarkisyan Trampı təbrik edib və vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın rolunu yüksək qiymətləndirir".

Məqalədə qeyd olunub ki, Qarabağ erməniləri Donald Trampa böyük ümidlər bəsləyirlər.

Qeyri-ciddi olsa da məqalənin müəllifi israrla ABŞ-ın yeni prezdentini "erməniləşdirir" və onun Qarabağdan olduğunu iddia edir.

Sözsüz ki, bu, müəllifin təxəyyülünün məhsuludur. Ortada heç bir dəlil, sübut yoxdur.

Qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatıb. O, Seçicilər Kollegiyasının 277 səsini toplayaraq qələbəsini təmin edib.

Bununla da Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib. 1946-cı ildə Nyu-Yorkda anadan olan Donald Tramp ABŞ tarixində ən yaşlı prezident olacaq.

"Forbes" jurnalının 2016-cı ildə "Dünyanın ən zəngin 400 insanı" siyahısında yer alan Donald Trampın sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir.
Oxşar xəbərlər