Рейтинг@Mail.ru

Oxunub : 151 | Tarix : 12-11-2016, 11:12 | Bölmə: dunya

Trampın hədəfində bu ölkədir - Gərginlik başlayırDonald Tramp İranla imzalanan nüvə müqaviləsində dəyişikliklər tələb edəcək.
Xəbər verilir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xarici siyasət üzrə müşaviri Valid Fares söyləyib. Onun sözlərinə görə, Tramp bu müqaviləni nəzərdən keçirib, Konqresə göndərəcək.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner də Donald Tramp administrasiyasının İranla imzalanmış nüvə razılaşmasını ləğv edə və ya yenidən baxa biləcəyini vurğulayıb.
Tramp seçki öncəsi təşviqat kampaniyası zamanı İranla nüvə müqaviləsini yenidən nəzərdən keçirəcəyini açıqlayıb. O, Obama Administrasiyasını Tehran qarşısında zəiflikdə təqsirləndirib. Tramp həmçinin çıxışları zamanı dəfələrlə Vaşinqtonu İraqın idarəçiliyini İrana verməkdə günahlandırıb.
Bundan əlavə, ABŞ mətbuatının Trampın işləyəcəyi komanda siyahısında göstərdiyi şəxslərin böyük bir qismi qatı mühafizəkardır. Bu şəxslər İrana qarşı sərt mövqeyi ilə seçilir. Üstəlik, bu siyasətçilər Buş zamanında İraq əməliyyatının əsas ideya müəllifləri olublar.

Axar.az
Oxşar xəbərlər