Рейтинг@Mail.ru
Tarix : 13-12-2016, 12:49 | Bölmə: dunya

Ankaraya ŞOK: ABŞ PKK-ya zenit-raket kompleksi verdiABŞ Türkiyənin sərt etirazlarına baxmayaraq, PKK terror təşkilatını dəstəkləməkdə davam edir.

Azerinews.tv publika.az-a istinadən xəbər verir ki, Vaşinqton prezident Barak Obamanın təsdiqini gözləmədən YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı - red.) 7 vertolyot silah göndərib.
PYD-nin də daxil olduğu Suriya Demokratik Güclərindən (SDG) bir səlahiyyətli silahların YPG-nin nəzarətindəki Ayn İsaya endirildiyini bildirib. İŞİD-i SDG gücləri ilə məğlub etməyə çalışan ABŞ silah təchizatını Rakka əməliyyatının ikinci mərhələsi üçün edir.
SDG-li səlahiyyətli koalisiya ölkələrindən Rakka əməliyyatında istifadə edilməsi üçün müasir silahlar aldığını bildirib. Göndərilən silahlar arasında "Stinqer" Amerika daşınabilən zenit-raket kompleksi və zirehli texnikaya qarşı istifadə oluna raketlərin olduğu bildirilir.
Oxşar xəbərlər