Рейтинг@Mail.ru

Oxunub : 127 | Tarix : 11-01-2017, 15:17 | Bölmə: dunya

Rusiya Trampı seks kasetləri ilə şantaj edib  - ŞOK İDDİA Amerikan kəşfiyyat təşkilatlarının hazırladığı hesabat mediaya sızdı, hesabatda Moskvanın ABŞ-ın yeni prezidenti ilə bağlı materiallar hazırladığı yer alır. Xəbərlərə görə, fayllar arasında Trampın Moskvada çəkilmiş seks kasetləri də var.

Xarici mediaya istinadən xəbər verilir ki, ABŞ-ın kəşfiyyat təşkilatları MKİ, NSA və FBI prezident Barak Obamanın və yeni seçilmiş prezident Donald Trampa Rusiyanın ölkədəki seçkilərə müdaxilə etdiyini göstərən hesabatı keçən həftə təqdim edib. Trampa təqdim olunan gizli sənədlər və qeydlərin bir qismini CNN International ortaya çıxarıb.

Yayılmış xəbərə görə, Rus gizli xidməti FSB Tramp haqqında şantaj etmək üçün material saxlayıraraq şəxsi və maliyyə məlumatlarını ələ keçirib. Sözügedən sənədlərin 35 səhifə olduğunu qeyd edən CNN Moskvanın həm Respublikaçılarla, həm də Demokratlarla bağlı ayrı-ayrı fayllar hazırladığını bildirir. CNN-in xəbərinə görə, Rusiya seçkilərdən əvvəl yalnız Demokratların biliklərini bölüşüb.

35 səhifəlik sənədi yayımlayan Buzzfeed isə həmin faylın içində Trampın seks kasetinin də yer aldığını qeyd edir. Xəbərə görə, birdən çox kaset var və qeydlərdən biri Trampın Moskva səfərində qaldığı Rits Karlton Hoteldən əldə edilib. Üç il əvvəl çəkilən kasetlərdə Trampın fahişələrlə birlikdə olduğu iddia edilir.

RUSİYADAN AÇIQLAMA GƏLDİ

Xəbərin gündəmə gəlməsindən sonra Kreml məsələ ilə bağlı bəyanat verib. Beynəlxalq agentliklərin son dəqiqə olaraq yayadığı açıqlamaya görə, rəsmi Moskva Tramp və ya Klintonla bağlı əllərində hər hansı bir fayl olmadığını bildirir.
Kremlin Sözçüsü Dmitri Peskov əllərində, ABŞ-ın seçilmiş prezidenti Donald Trumpın etibarına zərər verəcək məlumat olmadığını söyləyib. Mətbuat konfransı keçirən Peskov xəbərlərdə bəhs edilən faylları saxta və ucuz təxribat kimi qiymətləndirərək "Bu, ikitərəfli münasibətlərə zərər verməyə yönəlmiş bir təşəbbüsdür və cadugər ovunun davamıdır" - deyib.

Qeyd edək ki, Donald Tramp qeyd edilən həmin vaxt Miss Universe gözəllik müsabiqəsi üçün Moskvaya getmişdi.

CNN sözügedən 35 səhifəlik qeydlərdə yer alan məlumatların hamısının hələ təsdiqlənmədiyini bildirir.
Moderator.az
Oxşar xəbərlər