Рейтинг@Mail.ru
Tarix : 5-10-2017, 11:37 | Bölmə: eyalet

Bərdədə doqquz yaşlı qız atası tərəfindən qaçırılıb – İDDİA + VİDEO

Bərdədə doqquz yaşlı qız ayrıldıqları atası tərəfindən qaçırılıb, hətta məktəbə də buraxılmır.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Bərdənin Əmirli kənd sakini İlahə Məmmədova 2007-ci ildə həmkəndlisi Pərvin Musayevlə ailə həyatı qurub, lakin evlilikləri cəmi iki il davam edib.

Qadın iddia edir ki, ailəsi dağıldıqdan sonra yeganə qız övladları olan doqquz yaşlı Səmaya özü baxıb. Yeddi ay əvvəl Bərdə rayon məhkəməsinin qərarı ilə uşaq üçün 100 manat aliment təyin edilsə də, atası cəmi iki ay bu pulu ödəyib.

İlahə Məmmədova ikinci dəfə ailə həyatı qurub. Həyat yoldaşını müalicə etdirmək üçün Rusiyaya gediblər və bu vaxt da qızı Səma İlahənin anası evində qalıb. Avqust ayında keçmiş həyat yoldaşının atası bu vəziyyətdən istifadə edərək Səmanı özü ilə aparıb. Üçüncü sinifdə oxuyan azyaşlı yeni tədris ilində bir neçə gün məktəbə getsə də, sonra onu evdən çölə buraxmayıblar.

Ana iddia edir ki, əslində qızı Səma onunla qalmaq istəyir. Lakin atası və valideynləri uşağı qorxudaraq istəyindən vaz keçiriblər.

Babası uşağın kimdə qalmasını həll etmək üçün görüşüb məsləhətləşməyi təklif edib. İlahə Məmmədova da bununla razılaşıb. Lakin təyin olunan yerə gedən zaman avtomobili yolda saxladaraq Səmanı qaçırıblar.

İlahə Məmmədova qızını geri almaq üçün məhkəməyə müraciət edib və oradan cavab gözləyir.
Oxşar xəbərlər