Рейтинг@Mail.ru
Tarix : 6-10-2017, 12:13 | Bölmə: eyalet

Xızıda alt patarında olan kişi meyiti tapıldı

Meyit su kanalından çıxarılıb

Xızıda naməlum meyit tapılıb. Xızı rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 5-də səhər saatlarında rayon ərszisindən keçən Taxtakörpü-Ceyranbatan su kanalının 53,6 km-də, Giləzi qəsəbəsi ərazisində naməlum kişi meyiti tapılıb.

Meyitin əynində yalnız alt paltarı olub, üzərində heç bir zorakılıq əlaməti yoxdur.

Prokurorluq və polis əməkdaşları meyitə baxış keçirib. Onun boyu 170 sm, yaşı 55-60 arası olduğu ehtimal edilir.

Xızı prokurorluğunda CM-nin 125-ci maddəsilə cinayəti işi açılıb, meyidin şəxsiyyəti araşdırılır.
Oxşar xəbərlər