Рейтинг@Mail.ru
Tarix : 11-10-2017, 16:25 | Bölmə: eyalet

Az-Granata MMC yazılanlara münasibət bildirdi - MÜRACİƏTRedakiyadan: “http://azerinews.org” internet saytında 13 avqust 2017-ci il tarixdə, saat 13:17-də "SOS: Ağsu Şirə və Şərab zavodu içkiləri ağır ürək və qaraciyər xəstəlikləri yaradır - FOTOLAR” başlıqlı məqalə yerləşdirilib. Daha sonra digər kütləvi informasiya vasitələri də ilkin mənbəyə istinad edərək həmin məqaləni dərc ediblər. Daxil olan məlumatlar üzrə apardığımız son geniş miqyaslı araşdırmalardan isə belə bəlli olub ki, qeyd edilən məqalədə Ağsu Şirə və Şərab zavodu (“Az-Granata” MMC) barəsində yazılan həmin məlumatların həqiqəti əks etdirməyib. Belə ki, bəzi vətəndaşlar tərəfindən həmin şirkət barəsində edilən şikayətlər tamamilə əsassız yanlış olub. Eləcə də “Az-Granata” MMC-nin ucuz, keyfiyyətsiz və müəyyən xəstəliklərına səbəb olan məhsullar istehsal etməsi, eləcə də onun bəzi məhsullarını gizli yolla Ermənistana satması barədə faktlar da öz təsdiqini tapmayıb. Əksinə, “Az-Granata” MMC-nin istehsal etdiyi bütün məhsulların müvafiq dövlət sertifikasiyasından keçdiyi və Qafqaz regionunun ən böyük şirə və şərab istehsalı müəssisəsi olduğu bəlli olub.

Qeyd edək ki, çap edilən sözügedən yazıda qeyd edilənlərlə bağlı tam obyektiv aparılan araşdırmamızdan da məlum oldu ki, bəzi şikayətçilər tərəfindən redaksiyamıza verilən məlumatlar tam şəkildə yalan və qərəzli olub. Hər hansı bir sahibkarlıq subyektinə qərəzli yanaşma yönündə atılan bu addım bizim tərəfimizdən də heç xoş qarşılanmayıb, ona görə də hazırkı məqalənin dərc edilməsi qərara alınıb. Eyni zamanda bir media qurumu olaraq “Az-Granata” MMC-dən onun fəaliyyəti və istehsal etdiyi məhsullar barəsində deyilənlərə tam şəkildə aydınlıq gətirmədən dərc etdiyimiz məqaləyə görə də üzr istəyirik.

Qarşı tərəfin redakiyaya ünvanladığı zavodla bağlı müraçiəti oxuçulara təqdim edirik:

"...“Az-Granata” MMC hələ 2006-cı ildən başlayaraq Ağsu rayonunun Hacıqədirli və Qaravəlli kəndlərinin ərazisində yeni nar bağları, eləcə də Şamaxı rayonu ərazisində hektarlarla üzüm bağlarının salınmasına başlamışdır. Eyni zamanda Böyük Qafqaz sıra dağlarının Ləngəbiz Dağ silsiləsinin Adnalı dağ yaylasında 400 ha üzüm bağları, Ağsunun Kürdəmir rayonu istiqamətində isə 400 ha nar bağları, 14 ha albalı bağı, 6 ha gavalı bağı, 4 ha tut bağı salınmışdır.

Daha sonra 2011-ci il oktyabrın 29-da ümumi 8,8 ha hektar ərazini əhatə edən istehsalat zavodunun açılışı Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir (http://www.president.az/articles/3474). Zavod əsasən meyvə və giləmeyvə şirələri, kompotları, konsentratları, mürəbbələri üçün nəzərdə tutulmuşdur. Zavodda emal gücü 3000 ton/mövsüm olan üzüm emal etmək üçün köməkçi sex olaraq şərab sexi də fəaliyyət göstərir.

Zavodumuz Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. “Az-Granata” meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva növü qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çənlərdə saxlanılması (hər biri 50 ton olmaqla 40 ədəd) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.

Zavodumuz Almaniya, İsveçrə, İtalya, Bolqarıstan və Fransa istehsalı avadanlıqlarla təchiz olunub. “Az-Granata”nın ümumilikdə 450 hektar üzüm və 400 hektar nar bağları var. Nar bağları oqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.

Hər hansı bir məhsulu istehsal etməzdən əvvəl onun resepturası hazırlanır və ilkin nümunələr Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində dequstasiyadan keçirilir.Məhz müsbət nəticə alındıqdan sonra reseptura təsdiq edilir. Bundan sonra Səhiyyə Nazirliyinin nəzdində olan Gigiyena və Epidomologiya Mərkəzindən “Gigiyenik sertifikat” alınır. Bu sertifikat əldə edildikdən sonra Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət KomitəsiKomitəsinin nəzdində olan AZS milli sertifikatlaşdırılma sistemi idarəsindən “Uyğunluq sertifikatı” alınır. Bütün bu sənədlər əldə edildikdən sonra məhsulun süzülməsi müəssisənin laboratoriyasının nəzarəti altında həyata keçirilir. Müəssisənin laboratoriyası Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət KomitəsiKomitəsi tərəfindən 2016-ci ildə akkreditasiya olunmuşdur. Bu barədə şəhadətnamə və sertifikatlar da yazımıza əlavə olunaraq Sizə təqdim edilir.
Az-Granata MMC yazılanlara münasibət bildirdi - MÜRACİƏT
Az-Granata MMC yazılanlara münasibət bildirdi - MÜRACİƏT
Məhz elə bu gərgin əməyin nəticəsində qısa bir müddət ərzində, yəni cəmi 5 il müddətinə “Az-Granata” respublikamızda lider bir müəssisəyə çevrilmişdi. Buna da əlbəttə ki, bir çox obyektiv və subyektiv amil təsir səbəb olub:
• Müəssisədə xaricdə ali təhsil almış mütəxəssislərə daha geniş yer verilməsi;
• Azərbaycanın alimlərinin müəssisəyə cəlb edilməsi. Əsasən də Azərbaycan Aqrar Universitetinin professoru Hasil Fətəliyevin və Azərbaycan Texnologiya Universitetinin professoru Ahad Nəbiyevin müəssisəyə cəlb edilməsi və mütəmadi olaraq onların məsləhətlərinin dinlənilməsi;
• Müəssisədə magistrlarla birlikdə elmi tədqiqat işlərinin aparılması;
• Azərbaycan tarixində heç vaxt istehsal edilməyən məhsulların ilk dəfə “Az-Granata”da hazırlanması. Məsələn: qora suyu, Şotlandiya texnologiyası əsasında viski istehsalı, Bolqar rakısına uyğun “Muskat” üzüm şərabı brendinin istehsalı;

• Azərbaycanın milli alkoqollu içkisi olan “Tut” və “Zoğal” araqlarının yeni texnologiya əsasında hazırlanması;
• Azərbaycanın tarixində ilk dəfə olaraq kolleksiya şərabı olan 30 illik “Mil” desert şərabının istehsalı;
• Vodka istehsalında dünyada ilk dəfə olaraq təzə keçi südü ilə vodka hazırlanması;
• Vodkaya Azərbaycanda ilk dəfə gümüş ionlarının əlavə edilməsi;
• Meyvə və giləmeyvə desert şərablarının Azərbaycanda ilk dəfə istehsalı;
• Türk rakısının Azərbaycanda ilk dəfə istehsalı (http://icmal.az/az-granata-ilk-milli-rakimizin-istehsalina-basladi-azerbaycanda-ilk/);
• Bütün ali və orta ixtisas məktəblərindən tələbələrin, şagirdlərin, ictimai birliklərin üzvlərinin zavoda turist kimi müəssisə hesabına cəlb edilməsi;
• Bakıda və regionlarda 70-ə yaxın firma mağazalarının açılması
(http://news.lent.az/news/183599);
•Televiziyada müxtəlif maarifləndirici verilişlərin məhz “Az-Granata”nın dəstəyi ilə həyata keçirilməsi və s.


Bütün bu yuxarıda sadaladıqlarımız “Az-Granata”nın məhsullarının bir brend kimi tanınmasına səbəb oldu. Müəssisəmiz eyni zamanada müxtəlif Beynəlxalq Şərab Festivallarında 10-larla qızıl və gümüş medallara layiq görülüb (http://m.apa.az/az/sahibkarliq-fealiyyeti/174-azerbaycanin-more-ickileri-qablasdirilmasina-gore-beynelxalq-mukafata-layiq-gorulub).

2016-cı ildə isə Azərbaycanın Şərab Festivalında “Az-Granata”nın “Rübai” qırmızı təbii markalı şərabı “Qran-Pri” mükafatına layiq görülmüşdür.
Bundan başqa, “Az-Granata” 30-dan çox alkoqolsuz içkilərini və 100-dən artıq alkoqollu məhsullarını bu gün Amerika Birləşmiş Ştatlarına, Almaniyaya, Çexiyaya, Yunanıstana, Polşaya, Yaponiyaya, Çin Xalq Respublikasına və ümumiyyətlə 20-dən artıq xarici dövlətə ixrac edir. Hazırda müəssisənin özündə 300-dən artıq işçi, üzüm və nar bağlarında əlavə olaraq 600 nəfərə yaxın insan çalışır. Bununla yanaşı, müəssisə meşələrdə bitən yabanı zoğal, göyəm, tut məhsulları da qəbul edir ki, bu da meşələrdə heç bir məhsul istehsalında istifadə olunmayan meyvə və giləmeyvələri yığmaq üçün əlavə 100-lərlə işçi və yüzlərlə ailənin maddi təminatı deməkdir.
Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycanda vodkaya təzə keçi südünün əlavə edilməsi “Az-Granata”nın yeniliyidir. Məhz keçi südünün tətbiqi nəticəsində vodkanın tərkibi daha da yumşalır və bu da onu daha içimli edir. “Az-Granata”ya qədər bir çox ölkələrdə təzə keçi südündən yox, amma yağsızlaşdırılmış quru süddən istifadə edilmişdir ki, bu da termiki təsirdən deformasiyaya uğradığı üçün bir o qədər də yüksək səviyyədə təsir edə bilmir. Dünyada ilk dəfə təzə keçi südü ilə vodka emalı məhz “Az-Granata”ya məxsusdur.
Az-Granata MMC yazılanlara münasibət bildirdi - MÜRACİƏT
Az-Granata MMC yazılanlara münasibət bildirdi - MÜRACİƏT
Bundan başqa, gümüş ionlarının da vodkaya əlavə edilməsi Azərbaycanda ilk dəfə yenə də “Az-Granata”ya məxsusdur. Məhz gümüş ionlarının təsiri nəticəsində insan sərxoş olduğu zaman da yaddaşını itirmir ki, buna da səbəb gümüş ionlarının alkoqolu blokadaya almasıdır. Yuxarıda göstərildiyi kimi 5 ildən artıqdır ki, “Az-Granata” öz məhsullarını dünyanın bir çox inkişaf etmiş ölkələrinə satır. Əgər məhsullarımız həqiqətən keyfiyyətsizdirsə həmin ölkəkələr niyə hər il bu məhsullardan tonlarla qəbul edir?!

Bir daha diqqətinizə çatdırırıq ki, “Az-Granata”da hər hansı məhsulun süzülmə və qablaşdırılma prosesi ən azı 3 nazirliyin və 1 müəssisə laboratoriyasının nəzarəti altında həyata keçirilir. Biz normal və sivil bir dövlətdə yaşayırıq və bu dövlətdə kim nə istəyirsə onu istehsal edə bilməz. Bu qədər nazirliyin nəzarəti altında istehsal edilən məhsul da xəstəlik yaradıcı və ya zəhərli ola bilməz. Tam israrla deyə bilərik ki, “Az-Granata” təkcə Azərbaycanın deyil, hətta Qafqaz regionun ən böyük şirə və şərab emalı zavodudur..."
Azerinew.org
Oxşar xəbərlər