Рейтинг@Mail.ru

Oxunub : 433 | Tarix : 21-06-2016, 18:40 | Bölmə: eyalet, secilmis

Laçın qərargahının Şeylanlı obasındakı uşaqları yara basırMüxtəlif rayonlarda məskunlaşan məcburi köçkünlər ciddi problemlər içində yaşayırlar. Rayon icra başçıları müxtəlif bəhanələrlə onları aldadır, yerlərdəki nümayəndələr isə qaz vurub qazan doldururlar. Bizimxeber.az-a daxil olan daha bir müraciətdə də məlum problemdən söhbət açılır. Belə ki, Laçından məcburi köçkün olan və Agcəbədi rayonunda məskunlaşanlar sözün həqiqi mənasında çətin durumdadırlar. Redaksiyaya ünvanlanan müraciətdə məcburi köçkünlər bildirirlər ki, Laçın rayonuna təyin olunan yeni icra başçısı Aqil Nəzərli onların problemləri ilə maraqlanmır. Akif Səlimovun vəzifədən uzaqlaşdırılmasından sonra Laçının icra başçısı postu ona həvalə olunub. A.Nəzərli isə bu etimaddan istifadə edərək bildiyini edib. Şikayətçilər bildirir ki, müraciətlərə verilən cavab isə belə olur: “Gedin işinizlə məşgul olun”. Məcburi köçkünlərin müraciətində deyilir: “Bilmək istəyirik ki, Laçın rayon xeyriyyə fonduna yığılan pullar kimə xərclənir? Bu məsələ nəzarətsizdir. İcra başçısından hesabat tələb edən köçkünləri isə hədələyib, susdururlar. Atrıq öz qohum-əqrəbasını başına yığan Aqil Nəzərli küçə süpürməyə də, tikintidə fəhləliyə də, kabab yeməyə də qohum-əqrəbasındakı adamları yerləşdirir”. 23 ildir ki, Ağcabədidə Laçın qərargahının Şeylanlı obasında qamışdan hörülmüş daxmada yaşayan köçkünlər artıq bezdiklərini yazırlar: “Artıq istilər başlayıb. Yenə susuzluqdan uşaqlarımızı yara basacaq. Aqil Nəzərli bizə Allahın suyunu da vermir. İçməyə su tapmırıq. Suyu pulla alırıq”. Sakinlər bildirir ki, xeyriyyə fondunun niyə yaradıldığını və kimə xidmət etdiyini hələ də bilmirlər. Nə vaxt bununla bağlı icra hakimiyyətinə müraciət edirlərsə təzyiqlərlə üzləşirlər: “Bizə deyirlər ki, nə pul var, nə də yardım, gedin işinizlə məşğul olun. Elə isə bu fond niyə yaradılıb? Ora pullar haradan yığılır və hara gedir?”. Qarşı tərəfi də dinləyə bilərik.
Oxşar xəbərlər