Рейтинг@Mail.ru

Oxunub : 1932 | Tarix : 12-03-2016, 14:07 | Bölmə: eyalet

Pullarını ala bilməyən sabiq polislərdən daha bir MÜRACİƏTDaxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının Xaçmaz rayonunda yerləşən 3-cü Bölüyündə 1998-ci ildən 2015-ci ilədək xidmət etmiş Dadaşov Səyavuş İbrahim oğlu və Kərimov Zaur Ərzuman oğlunun prezident İlham Əliyevə ünvanladığı şikayt məktubunu dərc etmişdik.

Azerinws.info Qaynar.info-ya istinadən xəbər verir ki, Onlar müraciətlərində bildirmişdilər ki, işlədikləri müddətdə əmək haqqlarının artım fərqinin və məzuniyyət dövründə ödənilməli olan kompensasiya və müalicə ilə əlaqədar DİO əməkdaşlarına ödənilməsi nəzərdə tutulmuş məbləğləri, həmçinin ayda 2-3 dəfə olmaqla Xaçmaz rayonunundan Bakı şəhərinə xidmətə göndərildiyimizə görə bizə verilməli olan ezamiyyət pullarını ala bilməyiblər. Daha sonra keçmiş polis əməkdaşlarına bildirilib ki, 2008-ci ildən 2015-ci ilədək olan kompensasiyaları və əmək haqqlarının artım fərqlərini ayda 100 AZN olmaqla ödəyəcəyik. Amma sentyabr ayından indiyədək cəmi iki dəfə 100 manat məbləğində ödəniş edilib.

Dünən DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Qaynar.info-ya açıqlama verərək məsələyə münasibət bildirmişdi. Nazirlik rəsmisi demişdi ki, Nazirlər Kabinetinin 17 may 1994-cü il tarixli Qərarına əsasən vaxtı ilə işlədikləri Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir və mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında əldə olunan vəsaitlər hesabına saxlanılır. S.Dadaşov və Z.Kərimovun əməkdaları olduqları Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayı tərəfindən qorunan bəzi qurumlarda müqavilə qiymətlərini yeni tariflərə uyğunlaşdırmaq üçün hələlik maliyyə imkanlarının olmaması ilə yanaşı, hətta mövcud mühafizə haqlarının ödənilməsi onlar tərəfindən vaxtında təmin edilməyib. Bu səbəbdən də Alayın debitor və kreditor borcları yaranıb. Nəticədə Alayın şəxsi heyətinə, o cümlədən S.Dadaşova və Z.Kərimova əməkhaqlarının artım fərqinin və məzuniyyət illərinə görə kompensasiyanın birdəfəyə ödənilməsi mümkün olmayıb. Lakin həmin vəsait hissə-hissə olsa da, ödəniləcək.

Bu gün Səyavuş Dadaşovla Zaur Kərimov Qaynar.info-ya müraciət edərək Ehsan Zahidova 4 sual ünvanlayıb. Onların məktubunu olduğu kimi dərc edirik:

Hörmətli Ehsan Müəllim, bizim müraciətlərimizə operativ cavab verdiyiniz üçün sizə öz minnətdarlığımızı bildiririk. Amma, bizim sizə bəzi suallarımız var. Xahiş edirik ki, aşağıdakı dörd sualımızı da cavablandırasınız.

1. Dəfələrlə Baş Mühafizə İdarəsinə etdiyimiz müraciətlərdə xahiş etmişdik ki, bizə verilməli olan məzuniyyət və əmək haqqlarının qalıq hissələrinin fərqini 1998-ci ildən 2015-ci ilədək hər ayda nə qədər hesablanması göstərilsin. Amma bu bizə BMİ tərəfindən həmişə ümumi göstərilib.

2. 2008-ci ildən Xaçmaz rayonundan ayda 2-3 dəfə olmaqla Bakı şəhərinə öz vəsaitimiz hesabına ezam edilməyimiz bütün sənədlərdə öz əksini tapır və hazırda da ayda bir dəfə olmaqla Xaçmaz rayonunda yerləşən 3-cü bölüyün polis əməkdaşları Bakı şəhərinə öz vəsaitləri hesabına ezam göndərilir. Amma alaydan bizə ezamın olmadığı bildirilir.

3. Ehsan müəllim, biz hazırda sizin dediyiniz kimi 350-400 manat deyil, 266 manat təqaüd alırıq və bunu təsdiq etmək üçün öz təqaüd kartlarımızın çıxarışlarını da təqdim edirik. Əgər şübhəniz varsa, bu məlumatları Dövlət Sosial Müdafiə Fondundan dəqiqləşdirə bilərsiniz.

4. Bu pullar bəzi əməkdaşlara tam şəkildə hansı şərtlərlə ödənilir, amma biz bu bəxtəvərlərin arasına düşməmişik.

Biz onu da bildirmək istəyirik ki, Kərimov Zaur Ərzuman oğlunun təcili əməliyyat olunmalı övladı var. Dadşov Səyavuş İbrahim oğlunun isə 10 min dollar kredit borcu var. Bu amillərə görə biz öz ərizəmizlə təqaüdə çıxmışıq ki, bu pulları götütüb öz problemlərimizi həll edək. Buna görə də bizim bu pullara böyük ehtiyacımız var. Cənab nazirdən xahiş edirik ki, bu pulların alınmasında bizə köməklik etsin. İnanırıq ki, cənab nazir keçmiş polis əməkdaşlarına öz köməkliyini əsgəməyəcək.
loading...
Oxşar xəbərlər