Рейтинг@Mail.ru

Oxunub : 810 | Tarix : 8-10-2016, 12:17 | Bölmə: eyalet, secilmis, banner

Gəncə səhiyyəsində özbaşınalıq - Baş həkim Nazim Əhmədov xəstəxananı bazara çeviribGəncənın Abbas Səhhət adına 1 saylı xəstəxanasında baş verən özbaşınalıqlarla bağlı redaksiyamıza məlumatlar daxil olmaqdadır. Məlumatlarda qeyd olunur ki, Səhiyyə nazirliyinin təşəbbüsü ilə tam təmirdən çıxan xəstəxanaya müasir avadanlıqlar quraşdırılıb. Bütün bu xidmətlər gəncəlilərin yüksək şəraitdə müayinə və müalicə olunması üçün nəzərdə tutulsada nəticə başqa mənzərəni göstərir. Belə ki, xəstəxananın baş həkimi Nazim Məmməd oğlu Əhmədov şəxsi maraqlarını rəhbər tutaraq gəncəlilərin arzularını gözündə qoyub. Baş həkimin xəstəxanada tətbiq etdiyi özəl qaydalar vətəndaşları bu səhiyyə ocağının xidmətlərindən yararlanmağa imkan vermir.
Nazim Əhmədovun qaydalarına görə hər həkim və şöbə müdiri xəstələrin sayına görə ona rüşvət verməlidir. Əgər haqq-hesab tələb olnan qaydada çatmırsa onda həkim və ya şöbə müdirini ağır cəza gözləyir. Bu qaydaların nəticəsidir ki, Nazim Əhmədovun baş həkimi olduğu xəstəxanada müalicə olunmaq özəl xəstəxanalardan baha başa gəlir. Nə qədər qəribə olsa da qeyd etməliyik ki, Gəncə şəhər Səhiyyə idarəsinə dəfələrlə baş həkimin qanunsuz tələbləri ilə bağlı şikayətlərə baxan yoxdur. Deyilənə görə Nazim Əhmədov hamını Səhiyyə nazirinin dostu olmağı ilə hədələyir.
Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında baş verən neqativ hallarla bağlı araşdırmamız davam edir. Baş Həkimin qanunsuz tələbləri ilə bağlı redaksiyamıza daxil olan şikayətlər araşdırılır. Qısa zamanda ətraflı məlumat verəcəyik.Bizi izləyin
Azerinews.tv
loading...
Oxşar xəbərlər