Рейтинг@Mail.ru

Oxunub : 358 | Tarix : 9-10-2016, 19:54 | Bölmə: eyalet

Azərbaycanda növbəti dəhşətli qətlBu gecə Neftçala rayonunda ər arvadını qətlə yetirib.

APA-nın məlumatına görə, Neftçala rayonunun Birinci Qaralı kənd sakini 1978-ci il təvəllüdlü Qafarov Ceyhun Abdulhüseyn oğlu həyat yoldaşı 1985-ci il təvəllüdlü Qafarova Aygün Arif qızını ürək nahiyəsinə bıçaq zərbəsi endirərək qətlə yetirib.

A. Qafarova 3 uşaq anasıdır. Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər