Рейтинг@Mail.ru

Oxunub : 490 | Tarix : 15-04-2016, 12:51 | Bölmə: eyalet

SƏHİYYƏMİZdəki "AL-VER", kağız üzərində qalan qanunlarımız... - Nazirin nəzərinə...


Baş həkimdən şikayətçi düşənlər əsasən xəstəxanada rüşvətin tüğyan etdiyini vurğulayırlar. Saytımızın apardığı araşdırma nəticəsində məlum olub ki, işçilər xəstəxanada kimsəni saymırlar. Qayda-qanunda yoxdur. Üstəlik, baş həkimin də maraqları mütləq təmin olunmalıdır.
Azerinews.info asiya.info-ya istinaden xeber verir ki, Rəfael Mustafayevin rəhbəri olduğu qurumda tibb bacıları xəstələrə iynə vurmaq, uşaq tutmaq, onların tualetə getməsini təmin etmək adları altında xəstələrdən pul tələb edirlər. Bu barədə edilən şikayətlərə də əhəmiyyət verən olmur. Bərdə Uşaq Xəstəxanasında təkcə bunlar yaşanmır. Həmçinin digər problemlər də var ki, onların da altından pul çıxdığı diqqəti çəkir. Məsələn, xəstəxananın cərrahı Baxşeyiş Möhübbətov xəstələrə qan uddurur. Onun üçün hər şey pula bağlıdır. Hətta insan həyatı belə. Elə bu səbəbdəndir ki, Möhübbətov ən kiçik əməliyyatlara belə böyük məbləğdə pullar tələb edir. Aydın məsələdir ki, bütün bunlar Rəfayel Mustafayevin başının altından çıxan məsələdir. Çünki alınan hər bir pul yekunda onun da cibinin dolmasını təmin edir. Yəni, xəstələrdən alınan məbləğlər ayın sonunda baş həkimlə razılaşdırılmış şəkildə bölüşdürülür.
PS: Bir müddət əvvəl bu xəstəxanadan başqa şikayət də daxil olub. Şikayətdə bildirirlir ki, bu xəstəxanada fiziki əqli çatışmamazlığı olan uşaqların sosial müavinətə düzəlmələri üçün valideynlərindən pul alırlar.
Səhiyyə Nazirimiz Oqtay Şirəliyevin imzaladığı əmrə baxmayaraq, (Əmrə əsasən Səhiyyə Nazirliynin strukturuna daxil olan bütün tibb müəssisələrində əhaliyə göstərilən səhiyyə xidmətləri pulsuzdur), hətta, bu barədə dəfələrlə mətbuatda xəbərdarlıq edilsə də, görünür bəzi işbazlara maraqlı deyil, öz bildiklərindən əl çəkmirlər.

Biz də Səhiyyə Nazirimiz Oqtay Şirəliyevin nəzərinə çatdırırıq ki, sizin imzaladığınız qanunlar, əmrlər sadəcə kağız üzərində qalır. Əhali bu dəyərli qanunlarınızdan yararlana bilmir. Hara addım atırıqsa, hansı xəstəxanaya üz tuturuqsa, (özəl qalsın bir yana, dövlət xəstəxanaları da od tutub yanır), o and içdikləri Hippokrat andı haqqı (əgər and içiblərsə) girişdəcə gözlərini ciblərimizə dikirlər, xəstəyə baxan olmur. Biz də banklara üz tuturuq, kredit götürürük, sağlamlığımıza qovuşmaq istərkən borcu qaytara bilmirik və intihara əl atırıq. Olmazmı ki, bu xəsətəxanalara nəzarəti gücləndirəsiz. Özünüz xalqın içində olasız. İnandırım sizi ki, əgər bircə gün ictimaiyyət arasında olsanız, millətin əksəriyyətinin həkimlərin soyğunçuluğu üzündən xəstə düşdüyünü görəcəksiz.
Hörmətli Səhiyyə Nazirimiz, Xəstəxanalarda o qədər özbaşınalıq var ki, saymaqla bitməz, rüşvətxorluq, yalnış diaqnoz, aparılan yalnış müalicə, yazılan gərəksiz firma dərmanları, hansını deyəsən, dərman demişkən, güya dərmanlar da ucuzlaşdı, amma inanın ki, apteklərdə eyni dərman müxtəlif qiymətə, həm də çox baha satılır. İndi siz deyin, bu millət sağlamlığını kimə etibar etsin. Yediyimiz qidalar zəhər, aldığımız hava zəhər, alacağımız dərmanlar isə... insanı zəhər içib canını qurtarmağa çağırır.

Bir də o maraqlıdır ki, Dövlət xəstəxanasıyla Özəl xəsəxananın qiymətlərində niyə "fərq yoxdur" dərəcəsindədir. Üstəlik babalarına rəhmət özəllərin, evdən çıxmamış zəng vurub qiymətini soruşursan, adama doğru -düzgün məlumat verirlər, amma Dövlət xəstəxanasından zəng vurub soruşanda deyirlər ki, bura dövlət xəstəxanasıdır, qiymət deyə bilmərik. 2 ay öncə başıma gələni deyim, zəng vurub bir neçə özəl xəstəxanadan damar doplerinin qiymətini soruşdum, sağ olsunlar dedilər, mən də işimi, cibimi, hesabımı, nəzərə alıb, getmədim. Sonra dövlət xəsətxanamıza zəng vurub soruşanda qiymət demədilər. "Bura dövlət xəstəxanasıdır, deməyə icazəmiz yoxdur"- dedilər. Yaxın yolu uzaq edib üz tutdum Dövlətimizin xəstəxanasına. Qapıda gördüklərimdən çaşıb qaldım. Əməlli başlı Al-Ver idi. Özü də Özəl alver. Yəni hərəyə bir qiymət. Əvvəlcə oxunan məbləğ bayaq Özəl xəstəxanalarımızın dediyindən fərqlənmir. Bir az səsini yüksəldirsən, qiymət düşür o saat. Vay halına ki, savadsız olasan, səni əməlli başlı aldadırlar.

Üstəlik, həkimlər adamı ötür-ötürə salırlar. Tanışlarının yanına müayinəyə göndərirlər. Halbuki, o müayinənin bu xəstəliklə heç bir əlaqəsi yoxdur. Keçənlərdə, çox da uzağa getmirəm ailə üzvlərimizdən biri saç tökülmə narahatçılığıyla üz tutdu çox yaxşı həkimlərimizdən birinin yanına, o göndərdi başqasının üstünə, bu başqasının, ötür-ötürə düşmədikmi. Eyni analiz iki xəstəxanada fərqli cavab çıxardı. Analiz qardaş Türkiyəyə göndərildi. Sağlam gəldi cavab. Nəticə nə oldu, 1 ay ərzində səkkiz yüz manat xərcləndi həkimlərə, ortalıqda heç nə. xəstəlik də öz-özünə keçdi. Budur bizim səhiyyə, sağlamı xəstə, xəstəni isə dəli edər. (Təbii ki, qurunun oduna yaşı yandırmaq istəmirəm. Ölkəmizdə nə qədər savadlı həkimlərin olduğunu deməmək haqsızlıq olar. Amma o da var ki, biz bilmirik yaxşı kimdir, pis kimdir. Bəxtəmizə necə həkimin çıxacağına qaranti vermirik. ) Çox narahatçılıqla, bütün sakinlər adından sizin nəzərinizə çatdırıram ki, sizin əmrləriniz icra olunmur. Əhali artıq öz xəstəliyiylə barışır, amma səhiyyəmizin nöqsanları ilə barışmır. Ona görə də xəstəlik baş alıb gedir. İnanırıq ki, bundan sonra ictimaiyyət arasında daha çox olarsız, onda özünüz hər şeyin şahidi olacaqsız. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır....

Görmək demişkən, yolunuzu bir dəfə də OMEDİ xəstəxanasının reanimasiya şöbəsinə salın, mümkünsə. Amma xəbər vermədən, xəstə valideyni kimi, qəflətən. Çünki, yoxlama gəldiyi bilinəndə, öncədən elə səliqə-səhman yaranır ki.
Deməli, burada Reanimasiya şöbəsində ən ağır xəstələr yatır. Təbii ki, ən balaca məsum uşaqlar. Ölüm-dirim mübarizəsi yaşarkən onlar, anaları sanki "qubbağa" salınıblarmış kimi bir otağa doldurulur. Bir otaqda 30 ana, bir çarpayıda 6-7 ana, özü də nasaz, yenicə uşaq dünyaya gətirən ana. Bir yandan uşağının xəstəliyinin dərdi, bir yandan da üfunət iyli, çirkli, soyuq, mikrob dolu xəstəxana otağında yatmağa, oturmağa belə yeri olmamaq bu anaları sabah uşağa baxa bilməyəcək duruma salır. Bu da həmin otaqdan sübut, dəlil fotolar.


SƏHİYYƏMİZdəki "AL-VER", kağız üzərində qalan qanunlarımız... - Nazirin nəzərinə...

SƏHİYYƏMİZdəki "AL-VER", kağız üzərində qalan qanunlarımız... - Nazirin nəzərinə...

SƏHİYYƏMİZdəki "AL-VER", kağız üzərində qalan qanunlarımız... - Nazirin nəzərinə...
Oxşar xəbərlər